Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:26

«İran səfirliyində sudan qorxurlar»


Əjdər Tağızadə
Əjdər Tağızadə
Aprelin 2-də «İşdən Sonra»da Dünya Azərbaycanları Konqresinin daimi şurasının sədri Əjdər Tağızadə Urmiya gölünün qurumasının səbəblərindən danışdı.

«Türk dünyası buna oxşar iki faciə ilə qarşı qarşıyadır. İndi Aral gölü qurumaqdadır. Urmiya gölünün kənarında da həmişə türklər yaşayıblar. İndi çayların çoxunu caydırıblar, suyun da çəkilməsi həddən artıqdır. Bunda Tehran rejimi birbaşa məsuliyyət daşıyır. Urmiya gölünün quruması, orada yaşayan quşların və insanların yaşam qaydalarını pozur və onlar köçürlər. Tehran rejimi təşəbbüslə çıxış edə bilər, bunu BMT-yə, dünyaya yetirə bilər və gölün qurumasının qarşısını ala bilərlər. Onlar çalışırlar gölün ortasından yol salsınlar, yolun salınmasına görə də çalışırlar gölün suyunun imkanlarını azaltsınlar. Orada özbaşına şeylər edirlər, bu da gölün varlığına təhlükə yaradır. Biz bu gün aksiya etdik İran səfirliyinin qarşısında. Aksiyada hamımızın əlində su var idi. Burada bir maraqlı məsələ ortaya çıxır, səfirlikdə sudan qorxurlar. Biz suyu içib bildirdik ki, bu normal sudur. Təhlükəsi yoxdur. Dünyanın hər yerində belə aksiyalar olur. Biz dünya Azərbaycanlıları konqresi olaraq etirazımızı bildirmişik. Həm insanlarımızı, həm təbiətimizi həm də torpaqlarımızı qorumalıyıq, bunu da edəcəyik. Biz kiçik aksiyaları bildiririk amma bu gün güneydə insanlarımız ayağa qalxıblar».

DAHA ƏTRAFLI PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG