Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:15

«Azərbaycan yeganə ölkədir ki, birinci sinifdə xarici dil keçilir»


Əlövsət Osmanlı
Əlövsət Osmanlı
«Belə formada hazırlanmış sənədin Azərbaycan təhsilinə ziyandan başqa heç nəyi yoxdur».

Təhsil məsələləri üzrə ekspert Əlövsət Osmanlı «İşdən sonra»da Təhsil Nazirliyində hazırlanmış sənədə öz etirazını bildirib:

- Bu sənədin bir sıra problemləri var. İlk növbədə kurrikulum sözü. Mənə aydın deyil, təhsil proqramı niyə bu sözü leksikonumuza zorən daxil edir. Məncə, bunun əsas səbəblərindən biri yuxarılara göstərməkdir ki, təhsildə nəsə iş görülür. İnsanların çoxu bu sözü deməyə çətinlik çəkirlər. Adın leksikona daxil olması üçün birinci dil bunu qəbul etməlidir. İkincisi, təhsil proqramında şəxsiyyət anlayışı düzgün tədris olunmur. Şəxsiyyət anlayışını müəyyənləşdirək ki, şəxsiyyəti formalaşdırmaq üçün nə tədris olunmalıdır. Bizdə olan tədris planları elmi tərəfdən əsaslanmayıb. Bunu biz aydınlaşdırmalıyıq. Bundan əlavə, Azərbaycan yeganə dövlətdir ki, bizdə birinci sinifdə xarici dil, informatika tədris olunur. Başqa heç bir dövlətdə bu zorən tədris olunmur. Birinci sinifdə uşaq ana dilini təzə öyrənir ,amma biz ona deyirik ki, başqa dil öyrən. Türkiyənin ibtidai siniflər üçün ana dili kurrikulumu var ki, bir fənn üzrə həcmi bizim 9 fənni ehtiva edən kurrikulumdan 1,5 dəfə çoxdur. Bu cür kurrikulumla heç yerə gedib çıxmaq mümkün deyil.

Təhsil Nazirliyinin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə bu fikirlərlə razılaşmayıb:

- Onlarla ölkə göstərmək olar ki, birinci sinifdən xarici dil tədris olunur. Biz də müəyyən məsələləri həll edəndə araşdırmalar aparırıq. Burada deyilənlər Əlövsət Osmanlının fikridir. Tədris planlarının üzərində mütəxəssislər işləyir. 1999–cu ildə Dünya Bankı ilə əməkdaşlıq irəli sürüldü, bu barədə əlavə sərəncam da var.
Aydın Əhmədov
Dünya Bankının proseduralarına görə, bu cür islahatlar gedəndə beynəlxalq məsləhətçi müəyyən olunur. Tender əsasında 4-5 xarici ekspert olan şirkətlər iştirak edirdi. Hollandiyanın şirkəti qalib gəldi. Buna səhv etmirəmsə 500 min dollar pul verilib. Ümumi 1,8 milyon nəzərdə tutulmuşdu ki, bu tək kurrikuluma aid deyildi. Bu pul təyinatına görə xərclənib. Pulu biz xərcləmirik, müəyyən qurum var o həll edir.

Aydın Əhmədov Hacıqabuldan olan dinləyicinin şərhində işlətdiyi «seçkini saxtakarlaşdıran müəllim» ifadəsinə belə cavab verdi:

- Biz seçki ilə məşğul olan adam deyilik. Səs verənlər göz qabağında idi. Müxalifət dairəsindən olan adamlar bir faiz də səs toplaya bilməmişdilər. Ayrı–ayrı konkret faktlara görə bütün təhsil sisteminə qiymət vermək olmaz. İstənilən sahədə - həkimlikdə də, müəllimlikdə də, jurnalistlikdə də peşəsinə uyğun olmayan adamlar tapmaq olur. Biz seçkilərə qarışmırıq, öz işimizlə məşğuluq.

Təhsil islahatlarında hansı problemlər var?

Kurrikulum Azərbaycana lazımdırmı?

Bütün bu suallara cavab tapmaq üçün

AUDİONU DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG