Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:20

«Azərbaycan torpaqlarının işğaldan azad edilməsi missiyamızın tərkib hissəsidir»


Əhməd Davudoğlu
Əhməd Davudoğlu
Aprelin 19-da Bakıda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarovla Əhməd Davudoğlu arasında görüş olub. Görüşdən sonra nazirlər birgə brifinq keçiriblər.

Bundan əvvəl Ə. Davudoğlu prezident İlham Əliyevin qəbulunda olub.

E. Məmmədyarov deyib ki, Ə. Davudoğlu ABŞ-da keçirilən danışıqların nəticəsi, müzakirə olunan məsələlər barədə ətraflı bilgi verib, Azərbaycan prezidentini məlumatlandırıb:

«Bizim də ikitərəfli görüşümüz oldu. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, bundan sonrakı birgə fəaliyyətimizi müzakirə etdik».

Türkiyə Xarici İşlər naziri bütün məsələlərdə və mərhələlərdə Azərbaycanla qarşılıqlı təmas şəklində işlədiklərini qeyd edib:

«Biz buna böyük əhəmiyyət veririk. Son prosesləri əvvəlcə prezident İlham Əliyev, sonra isə Elmar Məmmədyarovla müzakirə etdik. Vaşinqtonda keçirilən nüvə təhlükəsizlik sammitindən əvvəl Türkiyə XİN Aparatının rəhbəri Firudin Sinirlioğlu Azərbaycana gələrək, rəsmi Bakının məsələyə münasibətini öyrənmişdi. Sammit çərçivəsində xeyli görüşümüz oldu. Bütün görüşlərimizdə əsas hədəf olaraq Qafqazda sülh, təhlükəsizlik və sabitliyə əsaslanan prosesin davam etməsini göstərdik. Əvvəldən də missiyamız bundan ibarət idi. Ermənistan-Azərbaycan probleminin həlli və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi də missiyanın tərkib hissəsidir». / APA /
XS
SM
MD
LG