Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:40

40 il əvvəl aprel ayında baş verənlər


Qatar toplaşanların səmimi alqışları altında tədricən sürət götürüb tunel içərisində gözdən itdi
Qatar toplaşanların səmimi alqışları altında tədricən sürət götürüb tunel içərisində gözdən itdi
«Kommunist» qəzetinin 1970–ci ilin aprel ayının əvvəlləri bir sıra hadisələrlə yadda qalıb. İlk əvvəl diqqəti aprel ayının əvvəllərindən 22 aprelə qədər V.İ.Leninin ad günü ilə bağlı tədbirlərə hazırlıq haqqında məqalələr cəlb edir. Digər bir hadisə isə aprelin 18–də baş verib. Bu tarixdə Bakıda «Ulduz» metro stansiyası fəaliyyətə başlayıb.

«GURULTULU VƏ SÜRƏKLİ ALQIŞLAR»

«Kommunist» qəzetinin 1970–ci il 17 aprel sayı şüarlarla başlanır.

«Lenin həmişə bizimlədir. Marksizm – Leninizm bayrağı altında Kommunist partiyasının rəhbərliyi altında kommunizmə doğru Lenin yolu ilə irəli!».

1970- ci il 17 apreldə Azərbaycan KP Mərkəzi Komitəsinin və Azərbaycan SSRİ Ali Sovetinin V.İ.Leninin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli iclas keçirilib.

Azərbaycan KP MK – nın birinci katibi H.Ə.Əliyev yoldaş məruzə edib.

«Leninizm öz təbiəti ilə bütün kommunistlərin, inqilabi fəhlələrin bütün zəhmətkeşlərin ümumi sərvətidir. Dövlətimizin daxili və xarici siyasətində Lenin prinsiplərinə ciddi sürətdə əməl edilməsi iqtisadiyyat və mədəniyyətin inkişafında, sovet xalqının maddi vəziyyətinin yaxşılaşmasında çox mühüm müvəffəqiyyətlər qazanılmasını təmin etdi. Vladimir İliçin təbirincə desək, Sovet İttifaqı Kommunist partiyası dövrümüzün zəkası, şərəfi və vicdanıdır. (Gurultulu və sürəkli alqışlar)».

«LENİNSİZ–LENİN BAYRAĞI ALTINDA»


Qəzetin 1930–cu il 22 aprel sayında isə Leninin 60 illiyi ilə bağlı sadəcə bir məqalə yer alır:

Lenin həmişə bizimlədir
«V.İ.Leninin anadan olduğu gündən 60 il keçmişdir. Vladimir İliç işçi sinfinin istismar edildiyi dəhşətli irtica illərində ömrünün 30 ilini proletar inqilab uğrunda işçi sinfin inqilabi mübarizəsində keçirdi və Gənc Rusiya kapitalizminə qarşı çarpışmışdır.

Sinfi mübarizənin kəskinləşməsi və böyük tarixi vəzifələrin həll edilməsi şəraiti içərisində tərəddüdə düşmək, sinfi düşmənlərə güzəştə getmək, təşkilatlarına girişmək və yeni iqtisadi siyasətin ölgün hala gəlməsilə Leninin illərlə sürdüyü «Kim kimi» şüarının aradan qaldırılması haqqında opporunizm şüarları son dərəcə zərbəçidir.

Hazırda Lenin Mərkəzi Komitəsindən indiyə qədər olduğundan daha artıq dəmir intizam və polad birlik tələb olunur».

«ULDUZ» STANSİYASI İŞƏ DÜŞDÜ


Şəhər sakinləri metronun yeni «Ulduz» stansiyasının açılmasını səbirsizliklə gözləyirdilər. Aprelin 17–də «Ulduz» stansiyası salonuna minlərlə Bakılı toplanmışdı. Burada yeni yeraltı sarayın açılması, metronun növbəti sahəsinin istifadəyə verilməsi münasibətilə təntənəli mitinq oldu.

Azərbaycan KP MK–nın birinci katibi H.Ə.Əliyev «Ulduz» stansiyasının inşaatçılarına müraciətlə nitq söylədi. O dedi: «Şanlı metro inşaatçılarının kollektivi «Ulduz» stansiyasının tikintisini başa çatdırmaqla Bakı zəhmətkeşlərinə gözəl yubiley hədiyyəsi təqdim etmişlər».
Əliyev yoldaş qeyd etdi ki, Lenin ordenli Bakı Tunel Tikintisi İdarəsinin kollektivinə Lenin yubiley fəxri fərmanının verilməsi kollektivin əməyini yüksək qiymətləndirmək, həm də onu yeni müvəffəqiyyətlər qazanmağa çağırmaq deməkdir.

«SƏMİMİ ALQIŞLAR ALTINDA»

Mitinq qurtardı. Azərbaycan KP MK–nın birinci katibi H.Ə.Əliyev qırmızı lenti kəsdi. Qonaqlar gündüz işığına qərq olan stansiya salonundan perrona getdilər. Saat 15:45–də stansiya növbətçisi Şorik Qriqoryan siqnal verdi və maşinistlər Rafael Əliyevin və Ramiz Məmmədovun idarə etdikləri qatar toplaşanların səmimi alqışları altında tədricən sürət götürüb tunel içərisində gözdən itdi.
XS
SM
MD
LG