Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:38

Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olunur


3 may - Ümumdünya Mətbuat Azadlığı Günüdür. Bu əlamətdar gün mətbuat azadlığında olan vəziyyətin təhlil edilməsi, mətbuatın hücumlardan qorunması və vəzifə borcunu yerinə yetirərkən həyatını qurban vermiş jurnalistlərə dərin ehtiramın izhar edilməsi üçün bir imkandır. BMT Baş Assambleyası 1991-ci ildə keçirilmiş YUNESKO Baş Konfransənın 26-cı iclasının tövsiyələrinə əsaslanaraq 1993-cü ildə 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı Günü elan edib.

Ümumdünya Mətbuat Azadlığı günü ilə bağlı müraciətində BMT Baş katibi bunları qeyd edir:

«Biz jurnalistlər və mediaya qarşı bəslənən mənfi münasibəti dəyişməli və cəmiyyəti bu barədə məlumatlandırmalıyıq.
İnsanların onların həyatlarına birbaşa təsir göstərən məlumatları əldə etmək hüquqları var və aidiyyatı orqanlar onları bu informasiya ilə təmin etməlidirlər. İnformasiya şəffaflığı düzgün idarəetmənin əsaslarındadır».

O, bütün dünyaya müraciət edir:

«Birləşmiş Millətlər Təşkilatı dünyanın istənilən yerində həbs edilmiş jurnalistlər və mətbuat nümayəndələrinin yanındadır. Hər gün olduğu kimi bu gün də mən bütün dövlətləri, vətəndaş cəmiyyətləri və insanları medianın vacibliyini dərk etməyə və informasiya azadlığını dəstəkləməyə çağırıram».
XS
SM
MD
LG