Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:25

Nazirlik daşqına görə gücləndirilmiş iş rejiminə keçdi


Azərbaycanın Nəqliyyat Nazirliyi bölgələrdə baş vermiş daşqınlara görə üç növbəli iş rejimi ilə işləyir.

Sabirabada 34 vaqon lazımi zəruri materiallar göndərilib, daha 55 vaqonun isə göndərilməsi planlaşdırılıb.

Bundan başqa, 300-dən çox yük maşını hazır vəziyyətdədir.

Əhalinin daşınması üçün rayonlara avtobuslar göndərilir.

Salyan-Sabirabad istiqamətində yolu su basdığına görə, 18 km. alternativ yol çəkilib. Dəmiryolunda hərəkət tam bərpa olunub. Rabitə problemləri aradan qaldırılıb.

Təbii fəlakət zonalarına yaxın olan Yol İstismar İdarələrinin əməkdaşları və texnikaları işə cəlb olunub.

/ANS/

HƏMÇİNİN OXU:

SU BASMIŞ BÖLGƏDƏ 9 KƏND TAMAMİLƏ BOŞALDILIB
XS
SM
MD
LG