Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:53

Tailandda müxalifətə divan tutuldu


Banqkokda qarşıdurma, 15may 2010
Banqkokda qarşıdurma, 15may 2010
5 ÖLÜ, 70 YARALI

Mayın 19-da Tailand ordusu 1 aydan çoxdur ki, paytaxt Banqkokun bir hissəsini, Lumpini parkını tutan beş minə yaxın etirazçının aksiyasını dağıdıb. Ordu artıq şəhərin bütün hissələrində vəziyyəti nəzarət altına aldığını desə də, geri çəkilən hökumət əleyhdarları dağılışmazdan əvvəl bəzi binaları - bank, birja, televiziya binasını yandırıblar.

Ötən həftədən bu yana hökumət əleyhdarı olan «Qırmızı köynəklilər»lə toqquşmalar nəticəsində artıq 40-dan çox adam həlak olmuşdu. Mayın 19-da da bir italyan fotoqrafı da olmaqla, azı beş nəfər həlak olub, yetmişə yaxın yaralı var.

MÜXALİFƏT TERRORDA GÜNAHLANDIRILIR

Tailand ordusunun sözçüsü Sansem Kaevkamnerd hücumdan qısa müddət sonra əməliyyat haqda xəbər verəndə nümayişçiləri «terrorçu» adlandırıb:

«Yerli vaxtla 13.45-də biz etirazçılara təzyiq göstərməyə başladıq, onların, terrorçuların liderləri təslim olmağa məcbur oldular. Ümumi vəziyyət nəzarət altındadır».

Ötən həftə nümayişçiləri dəstəkləyən ordu generalı snayper gülləsi ilə yaralanandan sonra güclü toqquşmalar olmuşdu
Ötən həftə nümayişçiləri dəstəkləyən ordu generalı snayper gülləsi ilə yaralanandan sonra güclü toqquşmalar olmuşdu. Və 30-dan çox adamın həlak olduğu toqquşmalardan sonra Tailand hökuməti nümayişçilərə dağılışmaq üçün bazar ertəsinə qədər vaxt vermişdi.

Hücumdan bir gün əvvəl şəhərdə əlavə qan tökülməsinin qarşısını almaq üçün hökumət vətəndaşlara evlərindən çıxmamağı tövsiyə eləyib. Parkın ətrafında yaşayan və təslim olmaq istəyənlər üçün isə xüsusi dəhliz qoyulub.

ORDU BARRİKADALARA HÜCUM EDİB

Günorta hücuma başlayan ordu, zirehli texnikanın da köməyi ilə Banqkokun mərkəzində, Lumpini parkında bir aya yaxındır düşərgə quran nümayişçilərin ağac və təkərlərdən qurduğu barrikadalara hücum edib. Ordunun sözçüsü sonra etiraf eləyib ki, əsgərlərə həyatları üçün istənilən təhlükə hiss eləyən kimi atəş açmaq əmri verilib.

Əməliyyatdan dərhal sonra 4 müxalifət lideri təslim olub, və televiziya vasitəsilə tərəfdarlarını müqaviməti dayandırıb, dağılışmağa çağırsalar da, toqquşmalar davam edib. Ancaq, axşama yaxın təhlükəsizlik qüvvələri Lumpini parkının içərilərinə doğru qaçan minə yaxın etirazçının zərərsizləşdirildiyini elan ediblər.

Hökumətin sözçüsü Panitan Vattanayagorn:

Nümayişçilər təhlükəsizlik qüvvələrini daşa tutur, 16 may 2010
«Banqkok və ətrafı, xüsusən də Lumpini parkında təhlükəsizliyi təmin etmək üçün keçirilən əməliyyat uğurla başa çatıb. Təhlükəsizlik qüvvələri Lumpini ətrafını tamamilə nəzarət altına alıb».

HÖKUMƏT XARİCİLƏRƏ «İŞİMƏ QARIŞMA» DEYİR

Paytaxtda nümayişçilərin dağıdılmasından sonra Tailandın şimal-şərq əyalətində hökumət əleyhdarlarının iki inzibati binanı yandırdıqları bildirilir. Özlərini «Qırımızı köynəklər» adlandıran etirazçılar mart ayında məhz bu əyalətlərdən Banqkoka yürüş eləmişdilər. Onlar baş nazir Veyyayivanın paytaxt Banqkokun varlı təbəqəsinin puluyla hakimiyyəti zəbt elədiyini, bölgə əhalisinin hüquqlarını tapdaladığını bildirib, istefasını tələb edirdilər.

«Qırmızı köynəklər» ənənəvi olaraq 2006-cı ildə hərbi çevrilişlə devrilən keçmiş Baş nazir Thaksin Şinavatranın tərəfdarları kimi tanınırlar.

Beynəlxalq təşkilatlar müxalifət və hökumət arasında bir neçə dəfə danışıqlarda vasitəçilik etməyə cəhd eləsə də, Tailand rəsmiləri sərt dillə xaricilərə daxili işlərinə qarışmamaları barədə xəbərdarlıq eləmişdilər.
XS
SM
MD
LG