Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:20

Səfurə Əlizadə inamla "Eurovision-2010"un finalına çıxdı


Baki vaxtilə saat 01.35 Səfurə Əlizadə “Drip-Dropun” ifasını başa vurdu. Məşq zamanı hamını həyəcanlandıran pilləkənləri aşağı enərkən dikdabanlarını çıxarmayan Səfurə ilk pillələri dəf edərkən rəqqas yoldaşının əlindən tutdu. Sonrasını özü endi.

İkinci nəqarətdən sonra məlum oldu ki, akkordları oxuyan akkomponementin səsi solo ilə eyni səviyyədə, bəzənsə daha da uca olub onun səsini batırırdı.

Eurovision tarixində dəfələrlə olub ki, oxşar vəziyyətdə ifaçılar özünü itirib çıxışlarını korlayıblar. Səfurə isə əksinə, özünün səhnə inamı ilə bu epizodu çoxlarının diqqətindən yayındırmağa müvəffəq oldu.

Saat 02.20-də çıxışlar Türkiyə təmşilçiləri MaNga qrupunun rock`n roll stilində ifa etdiyi "We Could Be The Same" mahnısı ilə başa çatdı.

Eurovision-2010

Söz sms-lə səs göndərən azarkeşlərindir. 17 iştirakçıdan hansı 7-sinin məyus olacağısını, kimin mayın 29-dakı finalda rəqabəti davam etdriəcəyini bilmək üçün həyəcanlı dəqiqələr yaşandı.

Nəhayət saat 02.45-də finalçıların adları elan edilməyə başlandı:

Gürcüstan, Ukrayna, Türkiyə, İsrail, İrlandiya, Kipr..

Nəhayət 7-ci olaraq Azərbaycanın adı elan edildi!

Bundan sonra isə Rumıniya, Ermənistan, Danimarkanın adları finalçılar arasında elan edildi.

XS
SM
MD
LG