Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:50

Kürün suyu çəkilir, amma insanlar evlərinə qayıda bilmirlər


Vəd edilmiş texnika yoxdur
Vəd edilmiş texnika yoxdur
Ötən gecə yağan yağışlara baxmayaraq, Kürdə suyun səviyyəsi qalxmayıb. Son günlər ərzində Sabirabad rayonunda Kürün səviyyəsi 80 sm - 1 m azalıb.

Bu barədə «Turan» ın müxbirinə deputat Pənah Hüseyn bildirib.

Eyni zamanda, Saatlı rayonunun Novruzlu kəndi yaxınlığında bəndin yuyulması təhlükəsi qalmaqdadır. Bu baş verərsə, Sabirabad rayonunun 4 kəndini - Camallı, Qasımbəyli, Əskərbəyli və Muradbəyli kəndlərini su basacaq. Novruzlu kəndi yaxınlığında sahil-bərkitmə işləri həyata keçirilir.

«Bir sıra kəndlərdə su çəkilib. Belə ki, Mürsəllidə təxminən 20 ailə evlərinə qayıdıb. Amma kəndin 20%-i hələ də su altındadır», - deyə Mürsəlli sakini Daşqın Ağaşov bildirib. Qonşu Ulacalı kəndində də bir neçə ailə evlərinə qayıdıb.

D.Ağaşov deyir ki, suyun çəkilməsi üçün nasoslar olsaydı, insanlar evlərinə daha tez qayıda bilərdilər, amma vəd edilmiş texnika yoxdur:

«Bəziləri mal-qara və ev quşlarının tələf olması, ev təsərrüfatının məhv olması ilə əlaqədar qayıtmırlar. İnsanların qidalanmaq üçün heç nəyi yoxdur, Sabirabada isə məktəblərdə və çadırlarda 3 dəfə yemək verilir».

D.Ağaşov qeyd edib ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə heç bir tədbir görülmür:

«Su basmış kəndlərdə üfunət var. Elektrik enerjisi yoxdur, içməli su çatışmır. Sanitar-epidemioloji xidmət əməkdaşları su altında qalmayan hissələrdə qismən tədbirlər həyata keçirib, Veterinar Xidmət isə tələf olmuş mal-qaranı yığışdırıb».
XS
SM
MD
LG