Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:46

Ankaranın qərarı hələ məlum deyil


Baş nazir Rəcəb Tayyib Ərdoğan, prezident Abdullah Gül və Baş Qərargah rəisi İlker Başbuğ
Baş nazir Rəcəb Tayyib Ərdoğan, prezident Abdullah Gül və Baş Qərargah rəisi İlker Başbuğ
İsrailin Qəzzaya yardım daşıyan Türkiyə gəmisinə hücum edib doqquz nəfəri öldürməsinə görə Ankaranın qərarının nə olduğu hələlik məlum deyil. Həlak olanlardan dörd nəfərinin Türkiyə vətəndaşı olduğu bildirilir.

İyunun 2-də Türkiyədə yüksək səviyyəli dövlət rəsmilərinin iştirakı ilə Təhlükəsizlik Zirvəsi keçirilib. Amma 4 saata qədər davam etmiş müzakirələrdə qəbul edilmiş qərarlar haqqında da məlumat verilməyib.

QƏRAR PREZİDENTLƏ GÖRÜŞDƏN SONRA BİLİNƏCƏK

İclasda qəbul edilən qərarları müzakirə etmək üçü Baş Qərargah rəisi və Baş nazir ayrı-ayrılıqda prezident Abdulla Gülün yanına gediblər. Çox güman ki, Türkiyənin konkret qərarları yalnız dövlət başçısı ilə müzakirədən sonra elan ediləcək.

Təhlükəsizlik Zirvəsindən sonra jurnalistlərə verilən yazılı məlumatda isə əsasən yaranan vəziyyət qiymətləndirilir.

Qeyd olunur ki, toplantıda «İsrailin hücumu sonrasında yaşananlar və atılacaq addımlar siyasi, hərbi, iqtisadi və hüquqi tərəfləri ilə ətraflı müzakirə edilib».

Türkiyənin təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının, NATO-nun İsrailin addımlarını pisləyən bəyanatları qəbul edilib.

Məlumatda həmçinin qeyd edilir ki, hökumətin gördüyü tədbirlər nəticəsində həlak olanların cəsədləri, yaralılar və bütün könüllülərin
Rəcəb Tayyib Ərdoğan
Türkiyəyə qaytarılması işlərinə başlanılıb. İsrailə göndərilən hərbi və mülki tibbi təyyarələr yaralıları Ankaraya və İstanbula çatdıracaq.

Qəzzaya humanitar yardım aparan gəmi karvanına İsrail əsgərlərinin hücumundan artıq iki gün keçir. Hələlik Türkiyə rəsmilərinin çıxışlarında yalnız İsrailə təhdidlər səslənir.

TÜRKİYƏ RƏSMİLƏRİ HƏLƏ Kİ TƏHDİDLƏR SƏSLƏNDİRİR

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünən parlamentdə partiyasından olan millət vəkillərinin qarşısında sərt ifadələrlə çıxış etsə də hökumətinin atacağı addımlar haqqında yalnız «nəticələri ağır olar» ifadələri ilə danışırdı:

«Ankaranın addımlarının nə ola biləcəyi barədə iyunun 2-də ABŞ-dan dönən Xarici İşlər naziri yalnız bir-iki cümlə ilə cavab vermişdi. Onun bildirdiyinə görə ABŞ rəsmilərinə çatdırıb ki, əgər 48 saat ərzində - yəni, bu gün axşama qədər İsrail gəmilərdə tutduğu könüllüləri azad etməsə, Türkiyə İsraillə bütün əlaqələrini kəsəcək».

Bu əlaqələrin hansı səviyyədə olması barədə hələlik hökumətin rəsmi açıqlaması yoxdur. Türkiyə mediasının xəbərinə görə, bu iki ölkə arasında ən böyük əməkdaşlıq dəyəri bir neçə milyard dollarla ölçülən hərbi avadanlıqların alınması sahəsindədir. Amma ticarət və turizm sahələrində də əməkdaşlığın kəsilməsindən hər iki tərəfin iş adamları ciddi ziyan çəkə bilərlər.

Türkiyə parlamenti
İyunun 1-də Türkiyə rəsmiləri bildiriblər ki, hadisə beynəlxalq sularda baş versə də, hücum Türkiyə gəmisinə edildiyindən Türkiyənin özündə hadisə ilə bağlı cinayət işi qaldırıla bilər.

Amma hələlik Ankaranın qərarının nə olacağı rəsmi şəkildə elan edilməyib.

Bu gün gündüz Türkiyə Parlamenti bir bəyannamə qəbul edib.

PARLAMENT TƏLƏB EDİR Kİ,

İsrail hökuməti bu hücuma görə rəsmən üzr istəməli, hadisənin səbəbkarlarının cəzalandırılmasını təmin etməli və zərərçəkənlərə təzminat verməlidir. Bəyannamənin mətnini Türkiyə Parlamentinin sədrinin müavini Şükran Güldal Mumcu oxuyub:

«Tutulanların taleyi barədə də məlumatlar hələlik ziddiyyətlidir. Ankaradan verilən məlumata görə, dünən gecə İsrail bütün saxlananların azad edilməsi barədə qərar qəbul edib. İsrailin Baş nazir Benyamin Netanyahunun ofisindən yayılan məlumatda isə bildirilir 35 ölkədən olan 630 nəfər fəal yaxın iki gün ərzindən ölkədən çıxarılacaq. Amma qarşıdurmada iştirakının dərəcəsi aydınlaşdırılana qədər 50 nəfər saxlanacaq».

Azərbaycanın Xarici İşlər Nazirliyi təsdiq edib ki, İsraildə saxlanan könüllülər arasında iki nəfər də Azərbaycan vətəndaşı var və hazırda Bakı onların Azərbaycan qaytarılması üçün danışıqlar aparır.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG