Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:14

İrana yeni sanksiya səsə qoyulur


İyunun 9-da BMT Təhlükəsizlik Şurası İrana yeni sanksiya tətbiqini nəzərdə tutan qətnaməni səsə qoyur.

ABŞ Dövlət katibi Hillari Klinton bildirib ki, sonuncu (4-cü) sanksiya Tehranın indiyədək üzləşdiyi ən sərt sanksiya ola bilər.

İran prezidenti Mahmud Əhmədinejat bildirib ki, əgər qətnamə qəbul olunarsa İran nüvə proqramı ilə bağlı istənilən gələcək danışıqları qəbul etməyəcək.

Əhmədinejat həmçinin Türkiyə və Braziliya ilə nüvə yanacağına dair baş tutmayan razılaşmaya toxunaraq, bu imkanın «yenidən təkrarlanmayacağını» bildirib.

Qərb İranın nüvə silahı hazırlayacağından ehtiyatlanır. İran isə nüvə proqramının dinc məqsədli olduğunu bildirir.
XS
SM
MD
LG