Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:48

«Azadlıq» qəzetinin müxbiri hücuma məruz qalıb


Natiq Adilov
Gözlə
Embed

No media source currently available

0:00 0:01:46 0:00
Direct-ə keçid

Maarif Çingizoğlunun videogörütüsü

Müxalifyönlü “Azadlıq”qəzetinin müxbiri Natiq Güləhmədoğlu iyunun 16-sı günorta saatlarında Səbail rayonunun 20-ci sahə deyilən ərazisində hücuma məruz qalıb.

Natiq Ədilovun AzadlıqRadiosuna dediyinə görə, dayanacaqda dayanıb əlindəki yarpaqla oynadığı zaman kənarda duran bir nəfər ona ağacı nə üçün qırdığını deyib. Ədilov ona əlindəkinin sadəcə bir yarpaq olduğunu, özünün də ətraf mühit məsələlərinə həssas yanaşdığını, jurnalist olduğunu deyib, məsləhət görüb ki, iradlarını ağacları kəsən adamlara yönəltsin. Yalçın adlı şəxs ona yumruq və təpik vurub. Natiq Ədilovun “buna görə cavab verməli olacaqsız” sözləri isə onu lap özündən çıxarıb.

O, yaxınlıqdakı dükanından uzun biur taxta götürüb jurnalistə hücum edib. Bu halda Natiq Ədilov polisə zəng etməli olub.

Polisi hadisə yerinə Natiq Ədilov çağırıb. Lakin polis hücum edəni yox, Natiq Ədilovu PPX maşınına basıb, polis idarəsinə aparıb. Hücum edən adam isə özü polis idarəsinə gedib və Natiq Ədilovla yanaşı, jurnalistin onu söydüyü və döydüyü ilə bağlı şikayət verib.

Yalçın Əzizov
Polisə gələn RATİ nümayəndələri ekspertiza üçün sorğu götürməyə nail olublar.

Natiq Ədilov və Yalçın Əzizov ekspertizaya gediblər. Ekspertiza Natiq Ədilovun üzündə və dişində xəsarət izləri olduğunu təsdiqləyib. Digər şəxs ilə bağlı ekspertiza rəyi bəlli deyil.

Bir il əvvəl iki nəfərin qəfil hücumuna məruz qalmış iki gənc fəal və blogger Adnan Hacızadə və Emin Milli hazırda iki il və iki il yarım həbs cəzasını çəkməkdədirlər. Natiq Ədilovun çalışdığı Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahidin dörd illik həbsinə də küçə insidentindən sonra xuliqanlıq maddəsi üzrə qaldırılan cinayət işi səbəb olmuşdu.

Qənimət Zahid Ədilovun bu gün üzləşdiyi insidentin də onun peşə fəailyyəti ilə bağlı provokasiya ola biləcəyindən narahatdır.
XS
SM
MD
LG