Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:32

«Atəşkəsin pozulması göstərir ki, vəziyyət hər an nəzarətdən çıxa bilər»


Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi
Azərbaycan Ermənistan cəbhə xəttində atəşkəsin pozulması və nəticədə insanların həlak olması kimi hallar yolverilməzdir. Bu hadisə göstərir ki, vəzyyət istənilən vaxt nəzarətdən çıxa bilər və bu üzdən, tərəfləri sakitləşdirmək və etimad yaratmaq üçün tədbirlərə ehtiyac var.

Avropa Bilriyinin Cənubi Qaqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Yerevanda olarkən belə deyib.

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi birliyin xüsusi nümayəndə postunu ixtisara salması planlarını da şərh edib.

Semnebi bildirib ki, “hər 3 Cənubi Qafqaz dövləti Avropa Birliyinin vacib tərəfdaşlarıdır və Birlik bu ölkəlrlə əməkdaşlığını daha da gdərinləşdirməyi planlaşdırır. Semnebinin sözlərinə görə, Avropa Birliyi artıq hər 3 Cənubi Qafqaz ölkəsinin paytaxtındakı nümayəndiliklərinə səfirlik statusu verib. üstəlik, hər 3 ölkəylə Assosiasiya sazişi imzalanması istiqamətində iş gedir. Bu prosesdə hansı ölkənin nə qədər uğur qazanacağı hər bir dövlətin aparacağı islahatlardan asılı olacaq.

Semnebi vurğulayıb ki, bütün bunları nəzərə salanda Avropa Birliyinin hansısa planlarının regiondakı maraqlarının azalmasını əks elətdirdiyini iddia etmək doğru olmazdı.
XS
SM
MD
LG