Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:35

Dövlət Departamenti Klintonun səfəri barədə


Filip Qordon
Filip Qordon
İyunun 29-da ABŞ Dövlət Departamentində Dövlət katibi Hillari Klintonun Mərkəzi Avropa və Qafqaza gözlənən səfərinə dair xüsusi brifinq keçirilib. Brifinqdə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon və katibin Demokratiya, İnsan Haqları və Əmək məsələləri üzrə köməkçisi Maykl Pozner suallara cavab veriblər. Brifinqdə deyilənləri ixtisarla dərc edirik.

HİLLARİ KLİNTON KİMLƏRLƏ GÖRÜŞƏCƏK?

Filip Qordon bildirib ki, Hillari Klinton iyulun 1-dən 5-dək Kiyev, Krakov, Bakı, Yerevan və Tbilisidə olacaq.

Hillari Klinton Cənubi Qafqaz səfərində Birləşmiş Ştatların Azərbaycan, Ermənistan və Gürcüstanla ikitərəfli münasibətlərini, regional münaqişələrin həllini, regionda sülhü və sabitliyi möhkəmləndirmək səylərini müzakirə edəcək.

Klinton Bakıya iyulun 4-də gələcək. Prezident İlham Əliyev, Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşəcək. Dövlət katibi həmçinin, gənclərlə görüşüb media azadlığı və başqa siyasi iştirak məsələlərini müzakirə edəcək.

İyulun 4-də Yerevana yola düşəcək xanım Klinton orada prezident Sarkisyan, Xarici İşlər naziri Nalbandyanla görüşəcək. Mülki cəmiyyət təmsilçiləri ilə insan haqları, demokratikləşmə, media azadlığını danışacaq.

Hillari Klinton Tbilisidə prezident Saakaşvili, Xarici İşlər naziri Vaşadze, siyasi müxalifət, qadın liderlər, mülki cəmiyyət təmsilçiləri ilə görüşəcək. ABŞ-Gürcüstan strateji tərəfdaşlığının inkişafı, son bələdiyyə seçkilərinin nəticələrini nəzərdən keçirəcək.

DAĞLIQ QARABAĞ MÜZAKİRƏ OLUNACAQ

Sual: Minsk Qrupu ölkələri prezidentlərinin birgə bəyanatı Dövlət katibinin Bakı və Yerevanda Qarabağ münaqişəsinə dair danışıqlarına təsir edə bilərmi? Katib həmin bəyanatda əks olunmuş elementlər barədə danışacaqmı?

Qordon: Əlbəttə, prezidentlər bu günəcən əldə olunmuş irəliləyişi, tərəflər arasındakı müzakirələrin prinsiplərini qeyd ediblər. Birləşmiş Ştatlar da həmin prinsiplərə sadiqdir, tərəflərlə bu istiqamətdə işləməyə hazırdır.

Son günlər regionda baş vermiş zorakılığı nəzərə alaraq, biz sabitliyə etibar edə bilmərik. Həm Ermənistan, həm də Azərbaycan Minsk Qrupu prosesi ilə irəliləməkdən faydalana bilər.

Sual: Son günlər bölgədə zorakılıq baş verib. Azərbaycan hərbi büdcəsinə yarım milyard da əlavə edib. Bir neçə gün əvvəl yenə də hərbi ritorika baş verib.
G20 sammiti
Siz bu hadisələrdən narahatçılıq keçirirsinizmi? Azərbaycan hökuməti ilə bu məsələni müzakirə edirsinizmi? Bakıda müzakirə olunacaqmı?

Qordon: İstənilən yerdə zorakılıq baş verməsindən narahatıq. Dövlət katibi Klinton səfərində hər iki tərəflə bu məsələni danışacaq.

Sual: Vəziyyət getdikcə pisləşirmi, status-kvoda dəyişiklik varmı?

Qordon: Vəziyyət bizim istədiyimizdən daha uzun müddətə donub qalıb. Ona görə də hansısa dərəcədə zorakılıq olanda, biz narahat olmağa başlayırıq.

SARKİSYANA MESAJ TƏKLİFİ

Sual: Ermənistan prezidenti Azərbaycan tərəfə təklif etmişdi ki, güc işlətməmək barədə razılaşma imzalansın. Çünki biz öz müqəddəratını təyinetmə, ərazi bütövlüyünü müzakirə edirik. Hələ ki, güc işlətməmək barədə razılıq olmayıb. Bu məsələdə Birləşmiş Ştatların mövqeyi nədir, Hillari Klinton bu mövzunu müzakirə edəcəkmi?

Qordon: Məncə, hər iki tərəf Helsinki prinsiplərinə sadiqliyini bildirib, onlardan birincisi gücdən istifadə etməmək, yaxud güclə hədələməməkdir. Biz gözləyirik ki, tərəflər Helsinki prinsiplərinə sadiq qaldıqlarını bir daha təsdiqləyəcəklər.

Sual: Birgə bəyanat həmçinin Ermənistan qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarılmasına çağırır. Xanım Klinton bu mesajı Yerevana - Prezident Sarkisyana çatdıracaqmı?

Qordon: Məncə, prezidentlərin Toronto bəyanatında qeyd etdikləri bütün prinsiplər bizim üçün çox mühümdür, mən bu prinsiplər üzrə irəliləyiş, onlara sadiqlik gözləyirəm.

DEMOKRATİYADAN DANIŞILACAQ

Sual: Dövlət katibinin bu səfərində regional məsələ varmı? Demokratiya və müxtəlif ikitərəfli məsələlərdən başqa nədən danışıla bilər?

Qordon: Xanım Klinton Dövlət katibi kimi Gürcüstan, Ermənistan və Azərbaycana ilk səfəridir. Bu ölkələrlə mühüm ikitərəfli münasibətlərimiz var.
Məncə, səfər üçün seçilmiş ölkələri birləşdirən ümumi cəhəti demokratiyadır. Bu səfər yaxşı planlaşdırılıb. Bu, Dövlət katibinin dayanacağı ölkələrdə demokratiyaya Birləşmiş Ştatların güclü və davamlı dəstəyinin göstəricisidir.

Qordon Rusiyayla bağlı suala da cavab verib. Deyib ki, xanım Klinton dayanacağı bütün ölkələrdə Rusiya məsələsini müzakirə edəcək:

Serj Sarkisyan və Rəcəb Tayyip Ərdoğan, 12 aprel 2010
«Bizim Avropa təhlükəsizliyi, regional təhlükəsizlik barədə fikirlərimiz açıqlanacaq».

TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİ

Sual: Ermənistan-Türkiyə münasibətləri Yerevana səfər zamanı müzakirə olunacaqmı? Azərbaycanın sərhədlərin açılmasına dair narahatlığı var. Amerika tərəfi azərbaycanlı həmkarları ilə bu mövzuda işləyirmi?

Cavab: Ermənistan-Türkiyə münasibətləri müzakirə olunacaq. Dövlət katibi Prezident Sarkisyan və ermənilərlə vəziyyəti müzakirə edəcək. İnanırıq ki, Sürix protokolları ratifikasiya olunacaq və yerinə yetiriləcək. Türkiyə-Ermənistan sərhədinin açılması hər iki tərəfə xeyir verəcək.

GÜNDƏLİKDƏ ENERJİ DƏ VAR

Sual: Səfərdə enerji məsələləri nə dərəcədə müzakirə olunacaq? Prezident Obama Prezident Əliyevə son məktubunda yazırdı ki, ABŞ-Azərbaycan münasibətlərində bəzi ciddi məsələlərdən xəbəri var. Dövlət Departamenti bu məsələləri necə təsnif edir və səfərdə hansılardan danışacaqsınız?

Cavab: Qafqazda enerji mühüm məsələdir və müzakirələrin bir hissəsi olacaq. Məncə, Azərbaycanla ciddi məsələlər aydındır. Bunlar hamısı ciddi məsələlərdir. Azərbaycanla enerji məsələsi, Dağlıq Qarabağ münaqişəsi, regional təhlükəsizlik. Gündəlik ciddi məsələlərlə doludur və Dövlət katibi də bunları müzakirə etməyə gedir.

CİDDİ MƏSƏLƏ YAXUD FİKİR AYRILIĞI?

Sual: Ciddi məsələlər deyəndə prezident ciddi fikir ayrılıqlarını nəzərdə tutur? Elə səslənirdi ki, sanki ABŞ-la Azərbaycan arasında ciddi narazılıqlar var.

Cavab: Bəli, ciddi məsələlərdir. Onlar Azərbaycan və bizim üçün çox mühümdür. Ciddi məsələlərdir, demədim ki, ciddi fikir ayrılığıdır. Müzakirə olunmalı ciddi məsələlərdir.
XS
SM
MD
LG