Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:20

Hillari Klinton Fəxri Xiyabana niyə getmədi?


Hillari Klinton və İlham Əliyev
Hillari Klinton və İlham Əliyev
«Biz inanırıq ki, Azərbaycanda inanılmaz tərəqqi baş verib. Ancaq Azərbaycan kimi gənc ölkələrdə gediləsi uzun yol var. Biz demokratiya yolunu 234 ilə keçmişik. Hələ də son məqsədə çatmamışıq».

Bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Bakıdakı görüşlərindən sonra keçirdiyi brifinqdə söyləyib. Onun səfəri ərəfəsində başlayan müzakirələr səfərdən sonra da davam edir.

Hillari Klintonun Bakıya səfərindən gözləntilər özünü doğrultdumu? ABŞ dövlət katibinin səfər zamanı dedikləri, onun jestləri siyasətçilər və ekspertlərin yozumunda necə görünür?

İRƏLİLƏYİŞİ ZAMAN GÖSTƏRƏCƏK

Müsavat Partiyasının başqanı İsa Qəmbər və «Azərbaycan Naminə» Forumun rəhbəri Eldar Namazov bu səfərdən əlahiddə bir şey gözləmədiklərini söyləyirlər. İsa Qəmbər xatırladır ki, Obamanın İlham Əliyevə məktubunda iki ölkə arasında problemlər olduğu vurğulanır və bu mənada problemlərin müzakirəsi açıq müstəviyə keçir. Digər tərəfdən, Klintonun səfəri iki ölkə arasında duyulan soyuq münasibətləri yumşaldır:

- Müzakirə olunacaq mövzular əvvəldən bəlliydi. Enerji təhlükəsizliyi, geopolitik məsələlər, o cümlədən demokratiya və insan haqları,
Eldar Namazov
Dağlıq Qarabağ problemiylə bağlı müzakirələr olduğunu güman edirəm. Bu məsələlərdən hansı birində irəliləyiş olub-olmadığını biz yaxın zamanda görəcəyik.

Eldar Namazov da hesab edir ki, xanım Klintonun səfəri ikitərəfli münasibətlərdəki gərginliyi aradan qaldıracaq. Onun fikrincə, əsasən Dağlıq Qarabağ münaqişəsinin yenilənmiş Madrid prinsipləri əsasında həlli, «Nabucco» qaz kəməri layihəsi və həbsdə olan bloqçuların azadlığa buraxılması istiqamətində konkret müzakirələr aparılıb:

- Bloqçuların həbsləriylə bağlı əvvəllər də bəyanatlar olmuşdu. İndi də Hillari Klintonun dediklərini izlədim. Bu qənaətdəyəm ki, bu məsələyə dövlət katibinin səfərinin təsiri olacaq.

YAP-ın Siyasi Şurasının üzvü Mübariz Qurbanlı isə səfərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsiri olacağını düşünür. Hesab edir ki, səfər iki ölkə arasında strateji və iqtisadi əlaqələrin dərinləşməsinə təsir edəcək.

KLİNTONDAN YANLIŞ QƏRAR

Bəzi keçmiş sovet respublikalarına səfər turnesinə çıxan Hillari Klintonun proqramına Ukrayna və Gürcüstan müxalifətiylə görüş salınsa da,
İsa Qəmbər
Azərbaycan və Ermənistanda belə bir görüş nəzərdə tutulmayıb. Bəzi yerli media orqanları məlumat yayıblar ki, Müsavat və AXCP rəhbərlikləri son ana qədər xanım Hillariylə görüş ayrılması üçün cəhd göstəriblər. Müsavat başqanı İsa Qəmbər bu məlumatı təkzib edir və deyir ki, onlara müraciət olunsaydı, bunu dəyərləndirərdilər.

Amma onun Hillari Klintonun Azərbaycana səfər proqramında müxalifətlə görüşməməsinə münasibəti birmənalı deyil. İsa Qəmbərin fikrincə, burda vaxtın darlığı və proqramın iki dövlət arasında razılaşdırıldığını da qeyd etmək olar. Ukrayna və Gürcüstanla müqayisəyə gəlincə, İsa Qəmbər deyir:

- Elə bu mənzərə onu göstərir ki, harda demokratik proseslər gedir, hakimiyyətdə olan qüvvələr anlayırlar ki, müxalifətlə görüş də beynəlxalq protokol qaydalarına uyğundur. Amma Azərbaycan kimi avtoritar ölkələrdə belə görüşə qısqanclıqla yanaşması görünür, problemlər yaradır.

Mübariz Qurbanlı isə hesab edir ki, Hillari Klintonun proqramını hazırlayanlar yerli müxalifətlə görüşə ehtiyac görməyiblər. Amma İsa Qəmbər deyir ki, əgər xanım Klinton Heydər Əliyevin məzarını ziyarət etmədisə, deməli, o, Azərbaycan hakimiyyətinin bu protokol qaydasıyla razılaşmayıb və müxalifətlə görüşə də təkid edə bilərdi:

Mübariz Qurbanlı
- Görünür, Hillari Klinton bu addımının önəmli simvolik xarakterli olduğunu nəzərə aldığı üçün Şəhidlər Xiyabana getməyə üstünlük verib. Və həmin qaydada Amerika tərəfi Bakıdakı proqramındakı prioritetlərini də daha dəqiq müəyyənləşdirə bilərdilər. Amma görünür, onlar Azərbaycan və Ermənistan hakimiyyətlərinin ərköyünlüyünə loyal yanaşmağa üstünlük veriblər. Məncə, bu o qədər də uğurlu qərar deyil, yanlış qərardır.

FƏXRİ XİYABANA NİYƏ GETMƏDİ?

Mübariz Qurbanlı isə Hillari Klintorun Fəxri Xiyabana getməməsini xüsusiləşdirməyə ehtiyac görmür, onun fikrincə, bu, vaxt darlığından baş tutmayıb:

- Rəsmi səfərlərin proqramları tərtib olunur və tərəflər arasında razılaşdırılır. Amerika siyasət dairələri Heydər Əliyevin bir dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu və beynəlxalq aləmdə nüfuzu olan böyük bir şəxsiyyət kimi rolunu həmişə qeyd ediblər. Xanım Klintonun səfəri qısa və sıx proqramla nəzərdə tutulmuşdu. Bunu xüsusiləşdirmək, bundan başqa, fikirlər ortaya çıxarmaq istəyi, məncə, o qədər də xeyirxah istək deyil.

Müsahiblərimiz Hillari Klintonun səfərinin hələ bir müddət diqqətdə olacağını, sonrakı ictimai-siyasi proseslərdə bu səfərin izlərinin axtarılacağını da deyirlər.
XS
SM
MD
LG