Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:38

Yazıçı Anar: «Namərdi qova-qova mərd edirlər»


Yazıçı Anar
Yazıçı Anar
«Mən sizin verilişə gəlməklə böyük səhv etdim». Yazıçı Anar «İşdən sonra»da belə deyib. O bildirib ki, müxalifətin ən böyük bəlası birinci mətbuatı, ikincisi yaxşı şeyləri görməməyidir:

«Şit təbliğat heç kimə lazım deyil. Mənim üçün yazırlar ki, Anar ziyalı deyil. Mən razıyam. Əgər bunu yazanlar ziyalıdırsa, mən ziyalı deyiləm».

Yazıçı deyir ki, müxalifəti müdafiə etdiyi üçün başı çox çəkib: «Yazıçının vəzifəsi ümumiləşdirilmiş şəkildə naqisliyə qarşı yazmaqdır. Məni gərək türməyə bassınlar ki, inanasız».

Anar heç kəsin, xüsusən də qələm əhlinin həbsdə olmasını istəmədiyini bildirib:

«Mən hökumətin yerinə olsam, həbsdə olan jurnalistləri buraxdırardım».

Yazıçı Anarla müsahibənin tam mətni
Müsahibədən bəzi sitatlar:

- Mən nə bilim kimin Dubayda nəyi var?

- Qələm əhlinin qarşısını kəsmək olmaz.

- Eynulla Fətullayev barədə o həbsdən çıxdıqdan sonra danışacam.

- Eynulla Fətullayev yazırdı ki, mən Zori Balayana Anardan artıq hörmət bəsləyirəm.

- Azərbaycanda əxlaq aşınması gedir. Böhtan, yalan həyat prinsipinə çevrilib.

- Rüşvət almaq da əxlaqsızlığın bir formasıdır.

- Mənim vətəndaşlıq vicdanım məcbur edir ki, rüşvətxorluğa qarşı, əxlaqsızlığa qarşı yazım.

- Mən rüşvətxor olmamışam, ona görə onun psixologiyasını bilmirəm.

- Mən ömrümü təmiz insan kimi yaşamışam, ona görə mənim həmkarlarımda olan imtiyazlar məndə yoxdur. Ona görə ən çox mənə çamur atırlar.

- Ağıl yaşdadır, ağıl başdadır.

- Madam ki, kimsə türməyə düşüb, demək mərddir. Namərdi qova-qova mərd etmək…

- Xalqı təhqir edən adam onun məsuliyyətini düşünməlidir.

- Əsl yazıçını heç bir ad, heç bir imtiyaz heç kimdən asılı edə bilməz.

- Yazıçılar Birliyinin sədri olmaqla heç nə qazanmamışam.

- Mən heç kimə yarınmaq üçün söz demirəm.



/Hazırladı Kamran Mahmudov/

Müsahibənin tam mətnini yaxın vaxtlarda oxuya bilərsiniz.

Həmçinin oxu
ANAR: "Bir neçə dəfə ölümün yaxın hənirini duymuşam"
XS
SM
MD
LG