Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:14

Seçkidə şəffaflıq üçün veb-kameraların sayı artırılacaq


MSK-nın sədri Məzahir Pənahov
MSK-nın sədri Məzahir Pənahov
Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) seçkilər prosesinin şəffaflığı üçün seçki məntəqələrində qurulan veb-kameraların sayını artıra bilər.

«MSK seçkilər prosesinin şəffaflığı üçün seçki məntəqələrində qurulan veb-kameraların sayını artırmaq məsələsini müzakirə etməyə hazırdı», - Trend-ə MSK-nın sədri Məzahir Pənahov deyib.

«Bugün veb-kameraların qurulması ölkə üzrə bütün seçki məntəqələrin 10 faizini əhatə edir və bu bütünlüklə beynəlxalq praktikaya müvafiqdir, lakin biz, əlbəttə, daha geniş şəffaflıq üçün onların sayını artırmaq istəyərdik», Pənahov bildirib.

MSK-nın sədri həmçinin qeyd etdi ki, bu məsələnin Maliyyə Nazirliyi ilə əvvəldən anlaşılmadığından bununla bağlı bəzi maliyyə problemləri yaranıb:

«Maliyyə Nazirliyində hesab edirlər ki, beynəlxalq praktikaya müvafiq olaraq ölkə üzrə bütün seçki məntəqələrin 10 faizinin veb-kameralarla təhciz edilməsi düzgün rəqəmdir və yeni kameraların alınması üçün əlavə vəsait ayırmaqda ehtiyac görməyirlər».

Lakin, MSK bu məsələ ilə bağlı işi davam etdirmək və veb-kameraların sayını artırmaq niyyətindədir.

«Biz demokratik və şəffaf seçkilər keçirməyə hazırıq və beynəlxalq müşahidəçiləri parlament seçkilərində gözləyirik», MSK-nın sədri deyib.

Azərbaycanda parlament seçkilərinin noyabrın birinci həftəsində keçiriləcəyi planlaşdırılır.

Məzahir Pənahov deyib ki, seçkilər prosesini müşahidə etmək üçün beynəlxalq müşahidəçilərə MSK müraciət etmək kifayətdir, onlar dərhal qeydə alınacaqlar.
XS
SM
MD
LG