Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:44

«Tarix hətta tarix hissini itirmiş hökumətlər üzərində də qələbə çalır»


Eynulla Fətullayev
Eynulla Fətullayev
«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev Azərbaycan mətbuatının 135-ci ildönümü ilə əlaqədar müraciət edib. O, ona qarşı olan basqıları sadalayıb.

«...Bəs bu vəziyyətdə nə etməli?! Ancaq mübarizəmi davam etdirməliyəm! Son nəfəsə qədər! Qüvvələr qeyri-bərabər olsa da. Fəqət mən ədalətsizlik qarşısında diz çökməməliyəm! Mən bu gün azadlıq uğrunda mübarizə aparmış nigeriyalı hüquq müdafiəçisi və jurnalist Ken Saro-Vivanın 1995-ci ildə edamından bir neçə dəqiqə öncə söylədiyi kəlamı təkrar etmək istəyirəm: «Onlar tarix hissini itiriblər!». Nigeriyanın taleyini təkrar edən Azərbaycan, daha doğrusu məmləkətimizi «Nigeriya inkişaf yolu»na sürükləyən hakimiyyət unutmamalıdır ki, tarix hətta tarix hissini itirmiş hökumətlər üzərində də qələbə çalır. Azərbaycanda səmimilik və sağlam məntiq də müxaliflik kimi qələmə verilir. Ona görə də mən hakimiyyətə müraciət edirəm: Gözlərinizi açın, bəlkə, siz heç ora baxmırsınız?».

MÜRACİƏTİN TAM MƏTNİ İLƏ BURADA TANIŞ OL
XS
SM
MD
LG