Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:51

Ailəni mühafizə, ya ailəylə mübarizə?


İran parlamentinin müzakirəsinə hazırlaşdığı yeni qanun layihəsi «Ailəni mühafizə qanunu» adlanır. Amma onu «ailəni mühafizə» yox, «ailəylə mübarizə» qanunu adlandıranlar da var.

ÇOXARVADLILIĞA APARAN QANUN


Çünki bu qanun kişilərə həyat yoldaşının icazəsi olmadan, ikinci arvad almağa icazə verir. Və bunu guya ki ailənin qorunması naminə edildiyini iddia edir. İranda şəriətə görə, 4 arvad almağa imkan verilir, amma bundan ötrü arvadların icazəsi lazımdır. Yeni qanunda isə qadının icazəsi tələb edilmir.

İranlı Nobel mükafatı laureatı, hüquqşünas Şirin Ebadi də qanunun əleydarlarındandır.

O deyir ki, «Bu qanun qadını öz evlilik münasibətləri və hisslərini başqa bir qadınla bölüşməyə məcbur edir. Bu zaman ona hətta boşanmaq hüququ da tanınmır. Bu, İran qadınlarının hamılıqla qarşı çıxdığı məqamlardandır».
Şirin Ebadi


QANUN LAYİHƏSİNƏ QARŞI ÇIXANLAR YA TUTULUB, YA QAÇIB

Hüquq-müdafiəçilərinin fikrincə, qanunun indi ortaya çıxması da təsadüfi deyil. Çünki bu layihə heç də yeni deyil. İlk dəfə 2007-ci ildə Mahmud Əhmədinejat hökuməti bu qanunu parlamentin müzakirəsinə təqdim etmişdi. Amma o vaxt hüquq-müdafiəçiləri icimai etiraz dalğası təşkil elədilər və qanun layihəsi geri çağırıldı. Amma indi o hüquq-müafiəçilərinin çoxu ya ötənilki seçkisonrası olaylara görə həbs olunub, ya da ölkədən qaçıb.

İranda qalan hüquq-müdafiəçisi Fatimı Govarayi deyir ki,

«Bir il əvvəlki olaylardan sonra tökülən qan artıq yuyulub. İran cəmiyyəti çox sərt repressiyalar altında yaşayır. Rejim, o cümlədən parlament bu vəziyyəti dəyərləndirmək istəyirlər, çünki bilirlər ki, 2008-ci ildəki kimi ictimai etiraz dalğasıyla raşılaşan deyillər».

ƏRƏ GETMƏK İSTƏYƏN QADINLARA YAŞIL İŞIQ?

Asiyə Əmini deyir ki, yeni dəyişikliklər qanunu daha pis hala salıb
O ki qaldı qanun layihəsinin detallarına, layihə müəllifləri iddia edirlər ki, yeni qanun islamın prinsiplərinə daha uyğun olacaq. Qanunu dəstəkləyən deputatlardan Məhəmməd Dehqan deyir ki, bu qanun baqaş arvadların icazəsi olmadığı üçün ərə gedə bilməyən qadın və qızlara yol açacaq.

Amma prezidentliyə keçmiş namizəd, islahatçı Mir Hüseyn Musəvinin xanımı Zəhra Rəhnavərd ötən həftə bu qanunun ailənin təməllərini sarsacağını deyib. və faktiki olaraq çox arvadlılıq üçün bəhanələri əsaslandırdığını deyib.

İndi Norveçə mühacirət edən hüquq-müdafiçisi Asiye Əmininin sözlərinə görə, bu qanuna 2008-dən bu ayana daha 10 əlavə də edilib. Bu əlavələr layihəni daha bərbad günə salıb.

KİŞİNİN MEYLİ BAŞQA QADIN ÇƏKƏRSƏ…


Məsələn, layihəyə görə, əgər qadın nəsə bir vərdişə qurşanarsa, ya nəyəsə aludə olarsa, bir müddətliyə əriylə intim münasibətlərə girə bilməyəcək qədər xəstələnərsə, ya sonsuz olarsa, həta evindən hansısa səbəbdən 6 ay uzaq qalarsa əriz onun icazəsi olmadan başqa arvad ala bilər.

Əmini isə deyir ki, bütün bunlar ancaq kişinin bəhanələrini əsaslandırır və qadına qarşı ayrıseçkilikdir.

«Bəs birdən kişi ehtirasını cilovlaya bilmirsə, gözü orda-burdadırsa, ailə necə olacaq? Niyə qanun bu suala savab vermir? Bəlkə elə kişi sonsuzdur, ya öz qadının istəmir, ya bəlkə sadəcə meyli başqa şey istəyidiyi üçün başqasına gedirsə, onda ailə necə olsun? Arvadı və uşaqları necə olsun? Qısacası, bu qanun başdan ayağa kişinin seksual və başqa istəklərini qarşılamaq üçün yazılıb».
XS
SM
MD
LG