Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:57

«Artikle 19»-u Bakıya gətirən səbəb...


Rebekka Vinsent
Rebekka Vinsent
«Bloqqerlərin jurnalist olması sual olunmaz məsələdir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Artikle 19» təşkilatının nümayəndəsi Rebekka Vinsent deyib.

Azərbaycana ifadə azadlığı ilə bağlı koalisiyanın tərkib hissəsi kimi gəldiklərini deyən nümayəndə bildirib ki, bura onlar üçün prioritet ölkələrdən biridir. Eyni zamanda bu il seçki ili olduğundan söz azadlığı məsələsi çox vacibdir. Rebekka Vinsent deyib ki, onları media sahəsində narahat edən məqamlar çoxdur.

JURNALİSTLƏRƏ HÜCUM EDƏNLƏR CƏZASIZ QALIR

«Bizi narahat edən əsas məsələlərdən biri senzuradır. Bu senzuradan başqa jurnalistlərə qarşı hücumlar var. Bu hücumlarda bir məqam da odur ki, jurnalistlərə qarşı qanunsuz hərəkət edən şəxslərə qarşı bir növ toxunulmazlıq var. Yəni bu insanlar jurnalistlərə hücum edirlər. Lakin biz axır zamanlarda görməmişik ki, jurnalistə qarşı zorakılıq edən hansısa bir şəxs məhkəməyə çəkilsin. Biz eyni zamanda jurnalistlərin, bloqqerlərin həbsinə görə də narahatıq. Yəni Azərbaycanda bloqqerlər, jurnalistlər öz tənqidi fikirlərini, tənqidi şərhlərini səsləndirdikləri üçün həbsdədirlər. Biz çağırırıq ki, Azərbaycan bu şəxsləri azad etsin. Eynulla Fətullayevi, Emin Millini və Adnan Hacızadəni. Bizi narahat edən üçüncü məsələ Azərbaycanda media azadlıqları haqqında qanunların dünya standartlarına uyğun gəlməməsidir. Məsələn, Azərbaycanda diffamasiya hələ də cinayət olaraq qalır. Xüsusən də biz bu həftə ərzində hökumətlə dialoq girməyə cəhd edəcəyik ki, hökumət diffamasiyanı dikriminallaşdırsın. Yəni cinayət məsuliyyətindən çıxarsın».

BLOQQERLƏR JURNALİSTDİR

Rebekka Vinsent bloqqerlərin jurnalist olmaması ilə bağlı səslənən fikirlərə də təmsil etdiyi təşkilatın münasibətini açıqlayıb. O deyib ki, bu, sual olunmaz məsələdir.

«Artikle 19» hesab edir ki, bloqqerlər jurnalistdir
«Artikle 19» hesab edir ki, bloqqerlər jurnalistdir. Bu, mütləqdir. Bu sual olunmaz bir məsələdir».

Rebekka xanım mətbuatda olan özünüsenzuradan da danışıb.

JURNALİSTLƏR NİYƏ ÖZÜNƏ SENZURA QOYUR?


«Elmar Hüseynovun qatillərinin tapılmaması Azərbaycanda jurnalistlərə qarşı hücum edən şəxslər üçün bir növ toxunulmazlıq atmosferi yaradır. Bu atmosfer isə jurnalistlər arasında özünü senzuraya gətirib çıxarır».

Rebekka Vinsent deyir ki, onların başlıca məqsədləri Azərbaycan hökumətinə bu sahədə iş görmək üçün təzyiqlər etməkdir:

«Bizim başlıca məqsədimiz Azərbaycan hökuməti ilə dialoq girib onun müəyyən məsələlərdə hərəkətə keçməyə vadar etməkdir. Yəni bir növ Azərbaycan hökumətinə təzyiqlər göstərməkdir. İkinci məqsəd isə ondan ibarətdir ki, biz bura gələrkən Azərbaycana dünya ictimaiyyətinin marağı, diqqəti artsın. Biz media ilə vəziyyəti ona görə qabardırıq ki, beynəlxalq ictimaiyyət bu məsələyə daha diqqətlə yanaşsınlar».

AZƏRBAYCAN DİFFAMASİYA QANUNUNA HAZIRDIR

«Artikle 19» təşkilatının nümayəndəsi diffamasiya haqqında qanunun qəbuluna da toxunub. Onun fikrincə, Azərbaycan artıq bu qanunu qəbul etməyə hazırdır.

«Bu əməkdaşlıqda iştirak edən təşkilatların fikrincə Azərbaycan artıq diffamasiya haqqında qanunu qəbul etməyə hazırdır. Bu mütləqdir. Və mütləq olaraq hazırdır. Çünki Azərbaycan ifadə azadlığı ilə bağlı bir çox beynəlxalq öhdəliklər götürüb. Bu baxımdan diffamasiya haqqında qanunun qəbul edilməməsi əslində bu öhdəliklərə əsasən bir növ insan hüquqlarının pozulmasıdır. Ona görə də biz istərdik ki, Azərbaycan hökuməti xoş niyyət, xoş məram göstərərək bu qanunu qəbul etsin».

XS
SM
MD
LG