Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:16

Bir millət, altı dövlət sammiti


Əliyev və Ərdoğan Strateji Əməkdaşlıq Şurasının yaradılması haqda saziş imzaladılar
Əliyev və Ərdoğan Strateji Əməkdaşlıq Şurasının yaradılması haqda saziş imzaladılar
«Azərbaycan və Türkiyə bənzəri olmayan iki qardaş ölkədirlər».

Sentyabrın 15-də İstanbulda Türkdilli Ölkələrin Sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan belə deyib.

Ərdoğan «Bir millət - iki dövlət» deyiminə uyğun münasibətlərin davam etdiyini deyib, iki ölkə arasında Strateji Əməkdaşlıq Şurasının yaradılmasını buna misal çəkib.

TÜRKİYƏ EYNİ SAZİŞİ HƏTTA YUNANISTAN VƏ RUSİYA İLƏ DƏ BAĞLAYIB

Amma Türkiyə və Azərbaycan rəhbərliyi bənzəri olmayan münasibətlərdən danışsalar da, iki ölkə arasında Rusiya-Ermənistan hərbi sazişinə bənzər sazişlər yoxdur.

Son imzalanan Strateji Əməkdaşlıq Şurası sazişini isə Türkiyə daha öncə Suriya, İordaniya, Livan, İraq, hətta Rusiya və Yunanıstanla da imzalayıb.

Sazişin qısa müddətdə hazırlanaraq imzalanması üçün böyük səy göstərən İlham Əliyevə təşəkkür edən Ərdoğan Azərbaycanla viza məsələsinin həll
Budəfəki sammit Türkiyə türkcəsi ilə keçirilib
olunmamasına da toxunub.

«VİZANI QARDAŞIM HƏLL EDƏR»

Ərdoğan «Biz tərəfdən heç bir problem yoxdur, amma qardaşım da bu işi ən qısa zamanda həll edər, inşallah. Heç narahat olmayın» deyərək İlham Əliyevi göstərib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov isə AzadlıqRadiosuna deyib ki, daxili proseduralar hələ başa çatmayıb deyə, vizanın ləğv edilməsi İstanbulda müzakirə olunmayıb:

«Bu məsələ ilə əlaqədar Azərbaycanda daxili proseduralara uyğun olaraq yazışmalar, razılaşmalar həyata keçirilir. Vizanın ləğv edilməsində yalnız Xarici İşlər Nazirliyi deyil, başqa dövlət qurumları da iştirak edir. Bu proseduranın tam başa çatması bir müddət vaxt tələb edir».

AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN AFRİKADA ORTAQ SƏFİRLİKLƏR İDEYASI

Türkdilli ölkələrin sammiti çərçivəsində Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri - Elmar Məmmədyarov və Əhməd Davudoğlunun görüşü olub. Onlar Dağlıq Qarabağ problemi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Türkdilli ölkələrin dövlət başçıları İstanbulda
Azərbaycan tərəfi Türkiyənin Afrikadakı səfirliklərində yer icarəyə götürərək diplomatik korpus açmaq ideyasını da təklif edib. Tərəflər bir səfirlikdə iki dövlətin nümayəndəliyi ideyasını dəstəkləyiblər.

TÜRKDİLLİ ÖLKƏLƏR YENİ QURUMLAR TƏSİS EDİB

Budəfəki sammit Türkiyə türkcəsi ilə keçirilib. Toplantıda bəzi qərarlar verilib - Türk Əməkdaşlıq Şurası Katibliyi yaradılıb, iqtisadi və ticari əlaqələri inkişaf etdirmək üçün Türk İş Şurası təsis edilib, türk mədəni mirasının qorunması üçün Bakıda fond yaradılıb. Bundan başqa, Qazaxıstan paytaxtı - Astana 2012-ci ildə Türk Mədəniyyəti Paytaxtı elan edilib, 3 oktyabr isə bundan sonra Türkdilli Ölkələrin İşbirliyi Günü kimi qeyd olunacaq.

«BİR MİLLƏT ALTI DÖVLƏT»

Azərbaycan prezidenti İlham Əliyev türkdilli ölkələr arasında işbirliyinin real nəticələr verəcəyinə ümid etdiyini deyib. Türkiyə prezidenti Abdullah Gül isə artıq «bir millət, altı dövlət» olduqlarını və bu birliyi Ərəb Liqası, BMT kimi təşkilata çevirməyə çalışacaqlarını deyib.

Sammitin bir il sonra Qazaxıstan, 2012-ci ildə isə Qırğızıstanda keçirilməsinə qərar verən dövlət başçıları sonda birgə bəyannamə də imzalayıblar.
XS
SM
MD
LG