Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:49

ABU-nun rektoru dilə gəldi


ABU-nun binası
ABU-nun binası
Təhsil Nazirliyinin qərarı ilə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev nəhayət ictimaiyyətin qarşısına çıxıb. O, ANS TV-yə açıqlamasında rəhbərlik etdiyi ali məktəblə bağlı səsləndirilən ittihamlara münasibət bildirib:

“2007-ci ildə Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetini akkreditasiyadan keçirib. Bu, müddətsiz olmalıdır. Lisenziya ən azı 4 ilə verilib, hələ lisenziyanın vaxtının bitməsinə 2 il var. Bunun üçün alimlərin, akademiklərin şərhilə 50 səhifəlik arayış verilib. ABU 2 dəfə YUNESKO tərəfindən beynəlxalaq akkreditasiyadan keçib. Universitetin beynəlxalq statusu var”.

ABU rektorunun sözlərinə görə, Təhsil Nazirliyinin özəl ali təhsil məktəbi barədə verdiyi qərar ədalətsizdir:

“Nazirliyin qərarları arasında hüquqi ziddiyyət var. 2005-ci ildə ən qabaqcıl təhsil işçisi adına layiq görülmüşəm. Bunun heç mürəkkəbi qurumayıb. Təhsil Nazirliyinin Azərbaycan Beynəlxalq Universiteti haqqında qərarı ədalətsizdir”.
XS
SM
MD
LG