Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:50

İran rialı sürətlə ucuzlaşır


1 dollar 10.900 dollara dəyişdirilir
1 dollar 10.900 dollara dəyişdirilir
İranın milli valyutası – İran rialı son həftələrdə dollara nisbətdə sürətlə ucuzlaşır. Hətta Tehranda bir çoxları dollar satmağı da dayandırıblar. Və bu da rialın ucuzlaşmasını lap sürətləndirib.

Təkcə ötən həftə rial 13 faiz ucuzlaşıb. Əldə 1 dollar 10.900 riala dəyişdirilir. İran Mərkəzi Bankının kursu isə 1 dollara 10 700 rialdır.

Rialın dollara nisbətən ucuzlaşmasını artıq İranda iqtisadiyyatın sanksiyalar üzündən çökməsi qorxusuyla izah edirlər.

İran Mərkəzi Bankının rəhbəri Mahmud Mehmani isə and-aman edib ki, bu həftə rial özünə gələcək. Özünə gəlmək deyəndə, Mehmani 1 dollara 10 600 rial kursunu nəzərdə tutur. Mehmani iranlıları rialı əldən çıxarıb dollar və qızıl almaqdan çəkinməyə çağırıb. Deyib ki, Bankın əlində yetərincə dollar var və qıtlıqdan söhbət gedə bilməz.

Amma rialın sürətlə ucuzlaşması artıq medida ön səhifələrə çıxarılıb. Və bu sensasiyaları çoxları artıq ölkə iqtisadiyyatının ciddi çöküşü kimi görürlər. “Siyaseti Ruz” qəzeti deyir ki, rial iqtisadiyyatın əsl gücünü göstərir.

ÇOXLARI KURS SABİTLƏŞƏNƏ QƏDƏR ALVERİ DAYANDIRIB

Valyuta alverçisi Mehdi Tacik deyir ki, bəzi biznes sahibləri bu situasiyada alver eləməmyə üstünlük verirlər:

“Bir həftəlik çaxnaşmanın nəticəsində bazar bağlanıb. Ona görə də, heç alver edə bilmirik. Çoxları kurs sabitləşənə qədər alveri dayandırıb. Qiymətlər də qeyri-sabitdir”.

İnsanlar ABŞ dolları almaq üçün gözləyirlər, Tehran, 03 oktyabr 2010
Bəzi valyuta tacirləri isə hökuməti vaxtında kursu sabit saxlamaq öhdəliyini yerinə yetirməməkdə ittiham edirlər. Tehran sakini Cavad “Röyters”ə deyib ki, onun fikrincə hökumət özü qəsdən dolları bahalaşdırır:

“ABŞ dolları və xarici valyutaların kursları hökumətin əlindədir. Hökumət qəsdən bu situasiyanı yaratdı ki, xarici valyutaları bahalandırsın”.

49 yaşlı Əmir isə deyir ki, onlar artıq çaş-baş qalıblar:

“Təkcə iranlılar yox, istənilən xalq xarici valyutanın kursunun belə oynamasını görəndə ölkəsinin iqtisadiyyatından narahat olardı”.

BƏZİ YERLƏRDƏ HESABLAR DONDURULUB

Bu kurs çaxnaşmasından bir müddət öncə İran bankları Avropa Birliyi, ABŞ Konqresi və BMT-nin sanksiyalarıyla üzləşib. Və bəzi yerlərdə hesablar dondurulub.

Londondakı iqtisadi şərhçi Mehrdad Emadi deyir ki, İranda dolların bahalanmasının bir səbəbi də odur ki, iranlılar dolları “qara gün valyutası” kimi alırlar, çünki ölkə rialına güvənmirlər. Ölkə iqtisadiyyatında nəsə olanda, sanksiyalar təsirini göstərəndə insanlar dərhal narahat olub, riallarını satıb dollar almağa çalışırlar.

Həm də valyuta bazarı insanların, xarici investorların dövlətin iqtisadiyyatına inamını göstərən həssas bazardır.

Son 3 həftədə gördüyümüz çaxnaşma – dolların, avronun alışının artması insanların əslində hökumətə, hökumətin öz valyutasını qorumaq imkanlarına güvənmədiyinin sübutudur.
XS
SM
MD
LG