Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:13

İranlılar Ermənistanda özlərini necə hiss edirlər?


Yerevandan Ermənistan-İran sərhədinə getmək üçün 350 km məsafəni qət etmək lazımdır.
Yerevandan Ermənistan-İran sərhədinə getmək üçün 350 km məsafəni qət etmək lazımdır.
Yerevandan Ermənistan-İran sərhədinə getmək üçün 350 km məsafəni qət etmək lazımdır. Sərhədi keçmək üçün İran vətəndaşları 7, Ermənistan vətəndaşları isə 58 avro ödəyirlər.

Yerevanda çoxlu sayda fars restoranı, qəlyanaltı və hətta mədəniyyət mərkəzi var. Arayış kitabçasında iki İran məktəbi qeyd olunub, onlardan biri İran İslam Respublikasının səfirliyində fəaliyyət göstərir.

«Xəzər Hava Yolları»nın Ermənistan nümayəndəliyinin tur-operatoru Nver Davtyan iranlıları Ermənistana gətirən səbəblərdən danışır:

«BURA ƏYLƏNCƏ ARXASINCA GƏLİRLƏR»

«Burda əyləncə axtarırlar. Ermənistan onlar üçün azad ölkədir. Hətta əsas bayramları sayılan Novruzu da burada qeyd edirlər».

İrandan gələn turistlərin əksəriyyəti nə ingilis, nə rus, nə də erməni dilini bilir. Bununla belə, dil bilmədən də istirahət edib ölkələrinə qayıtmağa
Yerevan Dövlət Universiteti
müvəffəq olurlar.

«Orta hesabla hər 5-6 iranlıya Yerevanda bir fars dili bilən erməni düşür. Onları nəzərə almasaq belə, burda kifayət qədər İran ermənisi var».

İRANLILARIN YEREVANA GƏLİŞİNİN DAHA BİRİ SƏBƏBİ TƏHSİLDİR

Hər il Yerevan universitetlərindən bir neçə min iranlı məzun olur. Onların əksəriyyəti Yerevan Dövlət Universiteti, Tibb Universiteti və Politexnik Universitetində təhsil alır.

Yerevan Dövlət Universiteti nəzdindəki İranşünaslıq kafedrasının az qala 90 yaşı var. Hər il bu kafedrada 400-dək tələbə təhsil alır. İranşünaslıq kafedrasının müdiri, professor Qarnik Asatryan danışır:

«Təhsil-elm sahəsində əməkdaşlıq istədiyimiz səviyyədə deyil... Rəfsəncaninin hakimiyyəti dövründə daha sıx əməkdaşlıq edirdik, amma sonra hər şey dəyişdi».

«ONLAR YALNIZ ÖZLƏRİNKİ İLƏ ÜNSİYYƏT QURURLAR»

İran müxalifətinin tərəfdarları Yerevandakı İran səfirliyi qarşısında etiraz edirlər, 15 iyun 2009
Yerevan Tibb Universitetində erməni tələbələr iranlılarla birlikdə təhsil alır, ancaq iranşünas tələbələrdən fərqli olaraq onlar İran mədəniyyəti və iranlılar haqda az bilirlər:

- «Onlara sual verirsən, cavab vermirlər. Bu onlardan asılıdır, biz dost olmağa çalışırıq».

- «Onlar bizlərlə müqayisədə daha intizamlıdırlar, dərslərdə yaxşı iştirak edirlər».

- «Onlar yalnız özlərinki ilə ünsiyyət qururlar, hətta universitetdən kənarda da. Yəqin, problem dil baryeridir. Onlar ingilis dilini daha çox bilir, nəinki rus dilini. Ancaq aralarında rus dilini bilənlər də var».

- «Mənim üçün qarşımdakının erməni ya fars olmasının əhəmiyyəti yoxdur. Əsas odur ki, insandır və biz insan kimi ünsiyyət saxlayırıq. Məncə, onlar qanundan çıxan deyillər».

- «İran deyəndə, başında çadra olan qadın, zabitəli kişilər yadıma düşür... Yalnız bunlar».

Bəs Ermənistanda olan iranlılar özlərini necə hiss edir? Statistikaya əsasən, ötən yaz və yay aylarında Ermənistana 20 min iranlı turist gəlib.
XS
SM
MD
LG