Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:51

Dövlət saxta tenderlərdə ilə 33 milyard dollar itirir


Rusiya prezidenti Dmitri Medvedev oktyabrın 29-da ölkədə tender sistemini təmizləmək göstərişi verib. Prezident bildirib ki, tenderlərdə korrupsioner məmurlara verilən “otqat” – rüşvət hesabına hər il dövlət 1 trilyon rubl (33 milyard dollar) ziyana düşür:

- Sadə rus dilində desək, bu sahədə ildə bir trilyon rubl rüşvət var. Dəhşətli dərəcədə iri məbləğdə dövlət pulları rüşvətxor məmurlar və saxtakar iş adamlarının cibinə gedir.

Medvedev Kremlin internet saytında yayılan çıxışında bildirib ki, oğurlanan məbləğ büdcənin ümumi xərclərinin 10 faizi qədərdir. Prezident korrupsiya ittihamı ilə tutulan məmurların cəza müddətinin uzadılmasının, hətta, bu cinayətə görə ölüm hökmünün mümkünlüyünün araşdırılacağını deyib.

Transparency International - beynəlxalq şəffaflıq təşkilatı builki hesabatında Rusiyanı korrupsiyanın səviyyəsinə görə 178 ölkə arasında 154-cü sırada gösrətib. Bu, 1995-ci ildən bu yana Rusiya üçün ən aşağı göstəricidir.
Moskvada korrupsiya ilə mübarizəyə dair görüşdə iştirak edən veteranlar, 20 aprel 2010

2008-ci ildə Vladimir Putindən sonra hakimiyyətə gələn Dmitri Medvedev ciddi nəzarət altında olan siyasi sistemin açılacağını, iqtisadiyyatın müasirləşdiriləcəyini, korrupsiya ilə mübarizə aparılacağını vəd edib. Amma hələlik rüşvətxorluqla mübarizə vədləri yalnız bəlağət səviyyəsində qalır.

İyul ayında Medvedev özü də etiraf edib ki, onun hakimiyyəti dövründə korrupsiya ilə mübarizə demək olar, heç bir nəticə verməyib.
XS
SM
MD
LG