Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:28

Namizədlər seçkilərin nəticələrinin ləğvini tələb edirlər


17 saylı Yasamal III seçki dairəsindən deputatlığa namizədlər Nüşabə Sadıxlı, Mehriban Əliyeva, Qənimət Zahid və Bəxtiyar Hacıyev bu dairədəki seçki pozuntuları ilə bağlı mətbuat konfransı keçiriblər.

Namizədlər bildiriblər ki, dairədə seçki saxtakarlığı səsvermə gününün erkən saatlarından başlayıb. Dairədə “karusel” əməliyyatı, adı çəkilən dairə və məntəqəyə aid olmayan şəxslərin kütləvi surətdə səs vermələri, seçki pozuntularına etiraz edən namizədlərin müşahidəçilərinin təhdid və təzyiqlərə məruz qalması və məntəqələrdən çıxarılması kimi kütləvi seçki pozuntuları baş verib. İnzibati resursların namizədlərdən biri Ülvi Quliyevin seçliməsinə cəmləşdirildiyi vurğulanıb.

Namizədlər dairə ərazisində yataq xəstəsi olan şəxslər üçün daşınan seçki qutularının da seçki saxtakarlığı üçün istifadə olunduğunu bildiriblər.

Namizədlər bildiriblər ki, 17 saylı dairədə seçkilərin nəticələrinin etibarsız sayılaraq ləvğ olunmalıdır. Əks halda onun nəticələrini tanımayacaqlar.

XS
SM
MD
LG