Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:28

«Demokratiya istiqamətində heç bir real irəliləyiş olmayıb»


"Azərbaycanda keçirilən parlament seçkilərində demokratiya istiqamətində heç bir real irəliləyiş əldə edilməyib".

ATƏT və Avropa Şurasının Azərbaycandakı Parlament Seçkilərini Müşahidə Missiyasının noyabrın 8-də açıqladığı bəyanatda belə deyilir.

Bəyanatda bildirilir ki, "Parlament seçkilərinin dinc şəraitdə keçməsinə və bütün müxalifət partiyalarının siyasi prosesdə iştirak etməsinə baxmayaraq, seçkilərin keçirilməsi ölkənin demorkatik inkişafına heç bir önəmli töhfə verməyib".


MSK TEXNİKİ CƏHƏTDƏN SEÇKİNİ YAXŞI TƏŞKİL EDİB

Beynəlxalq müşahidəçilər qeyd edirlər ki, Mərkəzi Seçki Komissiyası (MSK) ümumilikdə seçkinin texniki tərəflərini yaxşı təşkil edib. Seçki siyahılarının öncədən məntəqələrə yerləşdirilməsi imkan verib ki, seçicilər adlarının siyahıda olub-olmamasını dəqiqləşdirə bilsinlər, lazımi dəyişikliklər edə bilsinlər. MSK həmçinin seçiciləri maarifləndirmə kampaniyasını da yaxşı təşkil edib.

AMMA NAMİZƏDLƏRƏ VƏ SEÇİCİLƏRƏ BƏRABƏR İMKANLAR YARADILMAYIB

Ancaq beynəlxalq müşahidəçilər bildirirlər ki, media azadlığının məhdudlaşdırılması, sərbəst toplaşmaq azadlığının təmin olunmaması və namizədlərin qeydiyyatı prosesindəki əngəllər müxalifətin daha da zəiflədilməsinə xidmət edib və faktiki olaraq onsuz da zəif olan siyasi rəqabət şanslarını sıfıra endirib.

Bu məhdudiyyətlər namizədləri qeyri-bərabər şəraitdə, qeyri-bərabər imkanlarla baş-başa qoyub və seçicilərin seçim etmək hüququnu məhdudlaşdırıb.

HƏR 3 MƏNTƏQƏDƏN BİRİNDƏ SƏSSAYMA ZAMANI CİDDİ POZUNTULAR OLUB

Bəyanatda deyilir ki, müşahidəçilərimizin baş çəkdiyi məntəqələrin 90 faizində səsvermə prosesi yaxşı təşkil olunub, 10 faizində ciddi problemlər olub.

Məntəqələrin 1/3-də səslərin sayılması zamanı ciddi və ya çox ciddi pozuntular qeydə alınıb.

DEMOKRATİK SEÇKİ ÜÇÜN ŞƏRAİT YARADILMAMIŞDI

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzun müddətli müşahidə missiyasının rəhbəri, səfir Audrey Glover:

“Çox təəssüf ki, seçki prosesinin tam müşahidəsi göstərib ki, tammənalı demokratik seçkinin keçirilməsi üçün lazım olan şərait yaradılmamışdı. Biz xüsusən fundamental hüquqların məhdudlaşdırılmasından, medianın tərəf tutmasından, ictimai həyatın bir partiyanın nəzarətində olmasından və seçki günündəki ciddi pozuntulardan narahatıq”.

SEÇKİLƏRİN MƏNFİ CƏHƏTLƏRİ
PROSESİN MÜSBƏT ASPEKTLƏRİ
  • İctimai və siyasi həyatda bir partiya dominantlıq edib.
  • Keçmişdən fərqli olaraq seçki ərəfəsi və seçki günü dinc keçib, zorakı insidentlər baş verməyib.
  • Namizədlərin qeydiyyatında problemlər olub - hakim partiyanın demək olar ki, bütün, müxalifət namizədlərinin isə yarıdan da azı qeydə alınıb.
  • Əvvəlki seçkilərdən fərqli olaraq bütün siyasi partiyalar seçkidə iştirak edib.
  • Elektron mediada balanslı, qərəzsiz məlumatlar olmayıb, nəticədə alternativ fikir təqdim olunmayıb, tənqidi çap mediasının da sayı azalıb.
  • MSK-nın bütün müxalifət üzvləri öz yerlərini tutublar.
  • Həbsdə olan jurnalistlərin məsələsi həll olunmayıb.
  • MSK daimi iclaslarını açıq keçirib, seçki proseduruna dair hüquqi öhdəlikləri yerinə yetirib, qaydaları qabaqcadan hazırlayıb.
  • Səmərəli kampaniya aparmaq üçün lazımlı resurslara siyasi partiyaların qeyri-bərabər çıxışı olub.
  • MSK bütün namizədlərə İTV-də 4 dəqiqəlik pulsuz efir ayırıb.
  • Təbliğat üçün yararsız yerlər ayrılıb və müxalifət namizədlərinin bu yerlərdən kənarda toplanmasına maneələr törədilib.
  • Namizədliyi qeydiyyata alınmayan 172 namizəddən 43-nün şikayəti təmin olunub.
  • Seçicilər və namizədlərin qorxudulmasına, administrativ resurslardan sui-istifadəyə dair etibarlı mənbələrdən iddialar daxil olub.
  • Xeyli sayda beynəlxalq və yerli müşahidəçi qeydə alınıb, beynəlxalq müşahidəçilər MSK ilə yaxşı əməkdaşlıq edib.
  • Kampaniya müddətini qısaltmaq üçün qanunvericiliyə son anda dəyişiklik edilib.
  • Milli azlıqların nümayəndələri bütün əsas siyasi partiyalarda təmsil olunub.
  • ATƏT və Avropa Şurası Venesiya Komissiyasının qanunvericiliyə dair bundan əvvəlki tövsiyələri nəzərə alınmayıb.
  • Ötən parlament seçkisi ilə müqayisədə qadın namizədlərin sayı 10 faizdən 13 faizə qalxıb.
  • Seçki komissiyalarının tərkibi formulu üzündən seçki administrasiyasında hakimiyyətyönlü qüvvələrin üstünlüyü davam edib.
  • Seçki şikayətlərinə dair qərarlar adətən vaxtında verilməyib, səmərəsiz və hüquqi əsassız olub.

Müşahidəçilərin təmsil elədiyi qurumlar ölkədə demokratik inkişafı irəlilətmək üçün yeni seçilmiş parlament və hakimiyyətlə əməkdaşlıq etməyə hazırdır.

SEÇKİLƏRİ BURADA MÜZAKİRƏ ET

XS
SM
MD
LG