Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:28

Neft pulları ilə tikinti tenderləri necə udulur?


Hökumət Bakılıların su probleminə son qoyulacağını bildirir, amma bir milyard manata?
Hökumət Bakılıların su probleminə son qoyulacağını bildirir, amma bir milyard manata?
Belə bir məlumatı neft pulları hesabına maliyyələşdirilən layihələr üzrə keçirilən tenderlərin monitorinqini aparan İqtisadi və Sosial İnkişaf Mərkəzi açıqlayıb. Mərkəzin məlumatına görə, monitorinq zamanı məlum olub ki, əksər layihələr üzrə tenderlər keçirilsə də bəzi hallarda “Dövlət satınalmaları Haqqında” qanunun tələbləri pozulub.

Hesabatda qeyd edilir ki, rəsmi məlumatlarda “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi üzrə 7 tender, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə bağlı 10 tender keçirildiyi bildirilir. Amma rəsmi məlumatla həmin layihələrlə bağlı mətbuatda verilən tender elanları uyğun gəlmir.

Mərkəzin məlumatına görə, Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı diqqəti çəkən məqamlardan biri bu sahədə heç bir fəaliyyəti olmayan şirkətlə müqavilə imzalanmasıdır.

Monitorinq üzrə layihə rəhbəri Leyla Əliyeva bildirir ki, qanunda şirkətin müvafiq sahədə peşəkarlıq təcrübəsi, texniki və maliyyə imkanları, idarəetmə səriştəsinin, etibarlılığın olması əsas götürüldüyü halda bu sahədə fəaliyyəti olmayan şirkətlə layihə üzrə müqavilə imzalanması ciddi qanun pozuntusudur.
Oğuz-Qəbələ-Bakı su kəmərinin təməlqoyma mərasimi, mart 2007-ci il


ƏN PIS VƏZIYYƏT HARDADIR?

Leyla Əliyevanın dediyinə görə, Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr arasında ən qaranlıq suallar qaçqın və məcburi köçkün ailələrinə evlərin tikilməsi ilə bağlıdır. O, bildirir ki, bu tikintilər üçün nə vaxt tender keçirildiyinə, seçdikləri icraçıların adlarına, vəsaitlərin qəsəbələr üzrə xərc bölgüsünə, layihələrin texniki-iqtisadi əsaslandırılmasına dair baza, hüquqi sənədlər yoxdur.

Dövlət Neft Fondundan bildirdilər ki, hələlik onlar Mərkəzin bu hesabatı ilə ətraflı tanış deyillər. Sənəd haqqında ətraflı məlumat toplayandan sonra orada səslənən iddialara cavab verə bilərlər.

Amma Fondun maliyyələşdirdiyi layihələrdə tender problemi bundan əvvəl də bir neçə dəfə mediada səslənib. Oktyabr ayında Fond gəlir və xərcləri haqqında hesabat verəndə AzadliqRadiosunun tenderlər mövzusunda suallarına da cavab vermişdi.

Dövlət Neft Fondunun büdcə proqnozlaşdırılması və layihələr üzrə departamentin sədr
Oğuz-Qəbələ-Bakı su kəmərinin təməlqoyma mərasimində kəmər kəmərin layihəsi haqqında prezident İlham Əliyevə məlumat verilir, 1 mart 2007
müavini Müşviq Bayramov bildirirdi ki, onların layihələrə verdikləri pullar haqqında bütün məlumatlar internet səhifələrində yerləşdirilir və daim də yenilənir. Bu məlumatların içərisində bütün layihələrin qiyməti, ayrılan vəsaitlər, nə qədər pul xərclənib, nə qədər qalıb hamısı öz əksini tapıb.

Oğuzdan Bakıya su kəmərinin çəkilməsi üçün verdiyi pullar və tenderlər haqqında Fondun internet saytında yerləşdirilmiş məlumatda qeyd edilir ki, 2010-cu il oktyabrın 1-ə qədər bu kəmərə 659 milyon manat xərclənib.

Rəsmilər su kəmərinin çəkilişinin artıq yekunlaşmaq üzrə olduğunu, yaxın aylarda Bakıya Oğuz və Qəbələdən gələn su veriləcəyini bildirirlər.

Amma müstəqil iqtisadçılar hələ 2008-ci ildə başa çatmalı olan bu kəmərin 2011-ci ildə də büdcədən pul alacağını deyirlər. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyin sədri Azər Mehdiyevin məlumatına görə 2010-cu ilin sonuna qədər kəmərə çəkilən xərclər 747, 4 milyon manata çatacaq. Gələn ilin də büdcəsindən bu kəmərə 33.5 milyon manat ayrılıb. Beləliklə də 2006-cı ildə tikintiyə başlayarkən 400 milyon manata başa gələcəyi gözlənən Oğuz-Qəbələ-Bakı su kəmərinin dəyərinin bir milyard manata çatacağı gözlənir.

TENDERIN GÜRCÜSTAN NÜMUNƏSI

İqtisadi və Sosial İnkişaf Mərkəzinin dekabrın 14-də açıqladığı məlumatlarda isə iddia olunur ki, 100 iş üzrə cəmi 10-15 tender təşkil olunur və bu zaman da işlər eyni şirkətlər arasında bölüşdürülür.

Azərbaycan-Türkiyə və Gürcüstanın birgə həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmiryolu layihəsindən söz açan Leyla Əliyeva bildirir ki, Azərbaycandan fərqli olaraq həm Gürcüstan, həm də Türkiyədə tender bu ölkələrin qanunvericiliyinə uyğun keçirilib.

Leyla Əliyevanın sözlərinə görə, Gürcüstanda layihəni həyata keçirən şirkət hər bir xidmət üzrə tender keçirib. Və keçirilən tenderin nəticələri ilə bağlı bütün məlumatlar da internetdə yerləşdirilib.

Onun sözlərinə görə, nə Oğuz-Qəbələ-Bakı su kəməri, nə “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması”, nə də qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması layihələri üzrə mühasibat və xidmətlərlə bağlı tender elanlarına rast gəlinmir.

TENDER MONOPOLIYASI

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı hesab edir ki, tenderləri udan şirkətlərin əksəriyyəti məmurlara məxsus olduğundan bu sahədə şəffaflıq yoxdur. Mirvari Qəhrəmanlı bir neçə şirkətin tenderlərdə təkrar-təkrar qalib gəlməsini də həmin şirkətlərin məmurlara bağlılığı ilə əlaqələndirir. Komitə sədri hesab edir ki, Azərbaycanda bir sıra sahələr kimi tenderlə bağlı məsələlər də monopoliyadadır.
XS
SM
MD
LG