Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:04

BP Azərbaycanı şantaj edirmiş?


Wikileaks saytı Azərbaycanla bağlı yeni teleqram yayıb. 2006-cı il dekabrın 5-də Səfir Anne E. Derse tərəfindən göndərilmiş teleqramda iddia olunur ki, Azərbaycan qışda qaz qıt olan vaxt BP-nin onu “yumşaq şəkildə şantaj” etdiyini deyib.

“Prezident Əliyev dekabrın 5-də səfirə dedi ki, dekabrın 8-də Tbilisidə enerji nazirlərinin üçtərəfli görüşündən gözləntisi budur ki, Türkiyənin Gürcüstana qışda qaz verib-verməyəcəyinə aydınlıq gətirilsin”.

Wikileaks qalmaqalı
Onun sözlərinə görə, Azərbaycan dekabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə, üstəgəl BP və Statoil-un görüşünü təşkil edəcək. Əliyev BP-ni kommersiya məsələlərini mövcud qaz problemlərinə bağlamaqda suçlayıb. Prezident deyib ki, Rusiya Baş Naziri Fradkovun Bakıya səfəri zamanı Azərbaycanın Rusiya ilə qaz danışıqlarında heç nə dəyişməyib.

“Əliyev deyib ki, BP Azərbaycana daxili istehlak üçün Azəri-Çıraq-Günəşli yatağından daha çox səmt qazı verə bilərdi. Ancaq bu sahədə əməkdaşlığa görə ACG-də daha dərin qazı çıxarmaq üçün PSA sazişini genişləndirmək arzusunu dilə gətirib”.

Teleqramın tam mətnini BURADA oxuyun
XS
SM
MD
LG