Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:21

Valideynlər məktəbə hücum edib


Dekabrın 23-də Bakının Xocasən qəsəbəsində yerləşən 103 saylı məktəbə hücumla bağlı araşdırmalar davam edir.

Bu haqda AzadlıqRadiosuna Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sözçüsü Zəminə Əliqızı məlumat verib. Onun sözlərinə görə, hicablı qızlarının məktəbə buraxılmamasına etiraz edən valideynlər məktəbin pəncərələrini sındırıblar.

Valideynlər məktəb rəhbərliyini xəbərdar ediblər ki, əgər hicaba qadağa götürülməsə, məktəbi yandıracaqlar.

Z.Əliqızı bildirib ki, məktəbə hücum edənlər arasında kənar şəxslər olmayıb. Aksiyada iştirak edənlərin övladları 103 saylı məktəbin şagirdləridir. Faktla bağlı Binəqədi rayon polisi araşdırma aparır.
XS
SM
MD
LG