Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:58

Xodorkovskinin cəza müddəti 2017-ci ilə qədər uzadılır?


Mixail Xodorkovski
Mixail Xodorkovski
Moskvada Mixail Xodorkovski tərəfdarlar məhkəmə zalının qarşısında etiraz aksiyası keçirirlər, məhkəmədə isə Mixail Xodorkovski və Platon Lebedev haqda ikinci ittiham üzrə qərar oxunur. Qərarın oxunması başa çatmamış Xodorkovskinin vəkilləri bunun siyasi sifariş olduğunu bildirib, apellyasiya şikayəti verəcəklərini deyirlər.

Xodorkovski və Lebedevi öz şirkətindən 25 milyard dollar oğurlamaqda və vergidən yayınmaqda ittiham edirlər. Amma tərəfdarları deyir ki, məqsəd odur ki, Xodorkovski 2012-ci ilə qədər həbsdən çıxa bilməsin.

Onun 8 illik cəza müddəti gələn il başa çatacaqdı, amma indiki ittihamla cəza müddətinin 2017-ci ilə qədər uzadılması gözlənilir.

Xodorkosvkinin müdafiə komitəsinin sözçüsü Maksim Dbar deyib ki, ittihamlar o qədər absurddur ki, heç nə anlamaq mümkün olmur:

«İttiham aktında çatmayan əsas şey cinayətin özüdür. Hətta 20 aylıq məhkəmə prosesindən sonra heç kəs anlamır ki, Xodorkovskini konkret nədə ittiham edirlər».

«OĞRU TÜRMƏDƏ OTURMALIDIR»

M.Xodorkovskinin tərəfdarları deyirlər ki, bu proses və rəsmilərin açıqlamaları göstərir ki, həbs qərarı siyasi sifarişdir. Sifariş də ölkənin əsl sahibi Vladimir Putindən gəlir. Putin televiziyaya verdiyi müsahibələrdən birində Xodorkovskini məhkəmə qərarı olmadan oğru adlandırmışdı:

«Vladimir Vısotkinin oynadığı bi qəhərmanın diliylə desək – «Oğru türmədə oturmalıdır».

Putinin bu cür açıqlamalarına baxmayaraq, prezident Dmitri Medvedev ötən həftə televizyayla canlı müsahibəsində Xodorkovskinin işiylə bağlı deyib ki, heç bir məmurun məhkəmə qərarı olmadan kimisə nədəsə ittiham etməyə ixtiyarı çatmır.

Ancaq dekabrın 27-i artıq məhkəmə M.Xodorkovskinin günahkar olmasıyla bağlı qərarı oxumağa başlayıb. AzadlıqRadiosunun rus xidməti Xodorkovski və Lebedevin şəffaf şüşə qəfəsdə başıaşağı, səssiz oturduqlarını deyir.

«İQTİDAR SİYASİ RƏQİBLƏRİNDƏN ÇOX QORXUR»

Onların Xodorkovski məsələsində fikirləri ayrılır
«Associated Press»in müxbiri isə Xodorkovskinin atasının və anasının məhkəmə zalında məyus oturduqlarını xəbər verir. Xodorkovskinin 77 yaşlı anası Marina Xodorkovskaya deyib ki, bu qərar bir daha göstərir ki, ölkə iqtidarı siyasi rəqiblərindən çox qorxur.

Ancaq 2003-cü ildə M.Xodorkovskini vergidən yayınma və maliyyə fırıldaqları ittihamları ilə 8 il həbs cəzası almasına təşəbbüskarlıq edən Vladmir Putin rejiminin tərəfdarlarının fikrincə, bu, əslində Xodorkovski kimi korrupsiya yolu ilə varlananlara qarşı mübarizənin başlanğıcı olub və dövlət vəsaitlərini talamaqla varlnanlara dərsdir.

BU QƏRAR İNVESTORLARI ÇƏKİNDİRİR


«Prosperity Capital Management» təşkilatının baş iqtisadçı məsləhətçisi Liam Halligan deyir ki, Xodorkovskinin işi doğrudanda bir çox investorları Rusiyaya pul qoymaqdan çəkindirir, azı düşünməyə vadar edir.

Ancaq bu qərar heç də Xodorkovski tərəfdarlarının iddia etdiyi kimi, xarici investisiyaların qarşını almayacaq. Çünki:

«İnanmıram ki, bu qərar Rusiyaya investisiya qoymaq istəyən çox ciddi investorların qarşısını alsın. Onlar əvvəlki kimi investisiya qoymaqda davam edəcəklər. Bu qərar adi investisiyaların, məsələn, əmanətlərini Rusiyaya yatırmaq istəyənləri fikrindən daşındıra bilər. Ancaq iri investorların Avropanın ən böyük bazarlarından birinə çevriləcək Rusiyaya kapital qoymasının qarşısını almayacaq».

Mixail Xodorkovski həbs olunana qədər Rusiyanın ən varlı oliqarxı idi, gəncliyində komsomol və Kommunist Partiyası ilə yaxşı əlaqələri olub. Varidatını yenidənqurma dövründən başlayaraq yığmağa başlayıb, əsasən də dövlət neft şirkətlərindəki payların özəlləşdirilməsi hesabına az bir vaxtda dünyanın ən varı admları siyahısına düşmüşdü.
XS
SM
MD
LG