Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:01

Xocasəndə tutulan dindar AzadlıqRadiosuna nələr danışdı?


Yusif Əlikramoğlu
Dekabrın 24-də Bakının Xocəsən kəndindəki 103 saylı məktəbə hücum etməkdə ittiham olunaraq 10 günlük cəza alan 3 nəfər kənd sakinindən ikisi artıq azadlığa buraxılıb. Onlardan biri Yusif Əlikramoğlu AzadlıqRadiosuna danışmağa razılaşdı.

«BİZ ŞÜŞƏ SINDIRMAMIŞIQ»


O deyir ki, ikinci sinifdə oxuyan nəvəsi məktəbə başıbağlı gedirmiş. Məktəb rəhbərliyi hicaba qadağa qoyandan sonra onu və digər kənd sakinlərini məktəbə çağırıblar:

«Mən də getdim. İçəridə idilər. Dedilər komissiya var. Onlardan ikisi çıxıb bizə dedilər ki, niyə yığılmısız, gəlib burda şüşələri sındırırsız. Dedik, biz şüşə sındıran deyilik, bizə yaraşmaz. Çağırıblar, gəlmişik».

Dekabrın 24-də Binəqədi rayon Polis İdarəsindən AzadlıqRadiosuna bildirmişdilər ki, saxlanan şəxslər məktəbin pəncərələrinə qızların hicabla dərsə buraxılmamalarına qarşı çıxan yazılar yapışdırdıqlarına görə saxlanılıblar. Barələrində məhkəmənin inzibati həbs qərarı çıxarması da məktəbdən daxil olan şikayət əsasında baş verib.

DEDİ «SƏNƏ İDMAN ZALI LAZIMDIR?»

Yusif Əlikramoğlundan məktəbin pəncərəsinə yazılmış həmin yazılar haqqında soruşanda isə o dedi ki, nə belə yazılar olub, nə də şüşə sındırıblar:

- Olmayıb belə şeylər. Həmin nümayəndəyə dedim ki, «yaylığa görə məktəbə gəlmisiz. Ondansa məktəbin idman zalı yoxdur, onunla maraqlanın». Dedi ki, «sənə idman zalı lazımdır?» Dedim «mənə də lazımdır, uşaqlara da, sizə də». Sözümüz bu olub.

- Nəvəm məktəbə gedəcək. Mən onu bisavad böyütməyəcəyəm.
- Heç bir mübahisəniz olmadı?

- Yox. Sabahı günü 40-cı bölməyə çağırdılar. Getdik. İzahat aldılar. Sonra məhkəməyə apardılar. Dedilər ki, məktəbin direktor müavini Vaqif müəllim sizdən şikayət edib, ona hədə-qorxu gəlmisiz, məktəbin şüşəsini sındırmısız. Dedim Vaqif müəllimin üzünü də görməmişəm. Məhkəmədə hakimə dedim «onda zərərçəkən də gəlsin». Dedi, «bir də onu bura gətirəcəyik?». Dedim, «necə olur, məni gətirirsiz?» 10 gün cəza verdilər.

- Saxlanma şəraitiniz necə idi?


- Hər şey yaxşı, səliqəli idi.

103 saylı orta məktəbin tədris işləri üzrə direktor müavini Vaqif Quluzadə isə dekabrın 27-də AzadlıqRadiosuna bildirmişdi ki, 3 nəfərlə bağlı heç bir şikayət olmayıb:

- Məktəbin şüşəsi sınıb və müəllimlər otağının qapısına yazılıb yapışdırılıbmış ki, bacımızı dərsə buraxmasanız məktəbi yandıracağıq. Biz də o haqda hüquq-mühafizə orqanlarına məlumat vermişik.

NƏNƏSİ GÜLSÜMÜ MƏKTƏBƏ GÖNDƏRƏCƏYİNİ DEYİR


Dekabrın 24-dən sonra məktəbə getməyən ikinci sinif şagirdi Gülsüm nənəsinin yanında oturmuşdu. Yanvarın 6-da məktəblərdə qış tətili qurtarır. Yusif Əlikramoğlu deyir ki, nəvəsi dekabrın 24-dən sonra məktəbə getmir. Soruşuram ki, bəs, onun təhsili, məktəbə getməməyi sizi narahat etmir?

Cavabı bu oldu:

- Məktəbə getmək istəyirəm. Özüm də «4», «5» alıram.
- Əlbəttə edir. Yaylıqla məktəbə getsə yaxşıdır.

Həmsöhbətimin həyat yoldaşı, özü də başıbağlı olan Dürdanə Həşimova isə bildirdi ki, yanvarın 6-da o, nəvəsini məktəbə göndərəcək:

- Nəvəm məktəbə gedəcək. Mən onu bisavad böyütməyəcəyəm. Ona təhsil lazımdır. O uşaqdır. Mənim 54 yaşım var. Başımızı bağlayan vaxtımızdır, bağlamışıq. Başıbağlı icazə verməsələr, durub hökumətlə hökumətlik etməyəcəyik ki...Gedib belə oxuyar. Uşağın məktəbdən qovulmasını istəmirik. Ona görə qoyacağam, gedib təhsilini davam etdirsin.

2-ci sinif şagirdi Gülsüm isə yenidən məktəbə gedəcəyinə sevinir. Deyir, oxuduğu məktəbi də, müəllimlərini də, sinif yoldaşlarını da çox istəyir. Dərslərini də yaxşı oxuyur:

- Məktəbə getmək istəyirəm. Özüm də «4», «5» alıram.

Ötən ilin sonlarında Təhsil Nazirliyi Azərbaycanda hicablı şagirdlərin dərslərə buraxılmamağı ilə bağlı göstəriş verib. Bundan sonra Bakıda və Azərbaycanın bir neçə rayonunda hicaba qadağaya etirazla bağlı aksiyalar keçirilib.
XS
SM
MD
LG