Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:54

Ərzaq qiymətləri rekord səviyyəyə qalxıb


Dünya faktiki olaraq qiymət şoku keçirir
Dünya faktiki olaraq qiymət şoku keçirir
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı etiraf edir ki, dünya faktiki olaraq qiymət şoku keçirir.

Təşkilat ötən ayın sonundakı dünya bazarındakı ərzaq qiymətlərini araşdırandan sonra bu nəticəyə gəlib. Məlum olub ki, indi ərzaq qiymətəri hətta 2007-2008-ci illərdə yaranan ərzaq qıtlığını da böhranını da geridə qoyub.

İqtisadçıların fikrincə, qiymt artımına ən çox təsir edən amil inflyasiyadır. Qlobal böhrana baxmayaraq Çin və Hindistan kimi inkişaf etməkdə olan ölkələrdə ərzaq qiymətlərindəki inflyasiya daha sürətlə baş verir. Üstəlik, artıq inikişaf etmiş ölkələrdə də bu tendensiya başlayıb.

Dünya Ərzaq Təşkilatının iqtisadi müşaviri Abdolreza Abbasian deyir ki, ancaq 2007-2008-ci illərdəki silahı üsyanlara səbəb olan səviyyədə qıtlıqdan danışmaq tezdir. Ancaq bu qiymət şoku - bahalıq bir müddət də davam eləsə ərzaq qıtlığı qaçılmaz olacaq.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı istehlak zənbilinə aid olan ərzaq məhsullarının indeksini hesablayır. Zənbilə buğda, qarğıdalı, düyü, bitki yağı, süd məhsulları, şəkər və ət daxildir. Bu orta ərzaq indeksi 2010-cu ilin sonunda 215-ə çatıb. 2008-ci ildə ərzaq qıtlığının ən gərgin dövründə 213.5 idi.

QİYMƏTLƏR BUNDAN SONRA DA ARTACAQ


Düyünün qiymətləri sabit olsa da, Rusiya, Ukrayna və Qazaxıstandakı quraqlıq bu il taxıl məsuldarlığına ciddi ziyan vurub
Abbasian əmindir ki, qiymətlər bundan sonra da artacaq. Ancaq önəmli olan iki vacib ərzaq məhsulunun – düyü və buğdanın qiymətləridir. Düyünün qiymətləri sabit olsa da, Rusiya, Ukrayna və Qazaxıstandakı quraqlıq bu il taxıl məsuldarlığına ciddi ziyan vurub. Odur ki, qıtlıq və qiymət bahalaşması qaçılmazdır.

Üstəlik, kənd təsərrüfatında La Nina effekti deyilən amilin də təsiri artır. Söhbət quraqlıq və isti havaların ABŞ, Braziliya, Argentina və Avstraliyada məhsudarlığa təsirindən gedir.

Yanvarın əvvəlində bu effektin hələ 3 ay da davam edəcəyi gözlənilirdi. Acnaq son vaxtlar Avstraliyadakı leysan yağışları qoyunçuluq və heyvandarlığa da ciddi ziyan vurub. Və bu yaxınlarda təbii fəlakətin də dünya bazarına təsiri qaçılmaz olacaq.

Ancaq bu qədər bahalaşmaya baxmayaraq, xüsusən də kasıb ölkələrdə əhali öz sakitliyini qoruyur. Məsələn, «Financial Times» yazır ki, indi Afrikanın ən kasıb ölkələrindın biri – Keniyanın paytaxtı Nayrobidə ən ucuz bulka 7 sentə satılır, ötən ilə görə 50 faiz bahalaşıb.

Amma bulkanın əsas müştəriləri olan fəhlələr, sürücülər və şəhərin işsizləri deyirlər ki, bahalaşsa da tapılır və almağa da birtəhər pul tapırlar. 2-3 il əvvəlsə kasıblar dünyanın bir çox yerlərində, elə Nayrobidə də ərzaq qıtlığı üzündən hökumət qoşunları ilə toqquşmalardan da çəkinməmişdilər.
XS
SM
MD
LG