Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:31

Bakı polisi cərimə ödəməyən piyadaları məhkəməyə verib


Ötən il Bakıda piyadaların vurulması ilə bağlı 519 yol qəzası qeydə alınıb
Ötən il Bakıda piyadaların vurulması ilə bağlı 519 yol qəzası qeydə alınıb
Bakı polisi cəriməni ödəmədiyi üçün 9 nəfər piyadanı məhkəməyə verib.

Bu barədə «Trend»ə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Piyadaların yol hərəkəti qaydalarını pozmasına qarşı aparılan mübarizə tədbirləri nəticəsində yanvarın 7-dən 26-dək 174 piyada cəzalandırılıb.

Onların hər biri İnzibati Xətalar Məcəlləsinin tələbinə müvafiq olaraq, 10 manat cərimələniblər.

V.Əsədov deyib ki, cəriməni ödəmədiyi üçün 9 piyada barəsində qanunun tələbinə müvafiq olaraq, məhkəməyə müraciət olunub. Məhkəmədən cərimənin ödənilməsi barədə qərar çıxarılması tələb olunur.

Ötən il Bakıda piyadaların vurulması ilə bağlı 519 yol qəzası qeydə alınıb. Nəticədə 140 nəfər ölüb, 437 nəfər yaralanıb. 9959 piyada isə yol hərəkəti qaydalarını pozduğu üçün qanunun tələblərinə müvafiq cəzalandırılıb.
XS
SM
MD
LG