Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:00

Azərbaycan öz vətəndaşlarını Misirdən çıxarır


XİN məlumat yayıb
XİN məlumat yayıb
Azərbaycan öz vətəndaşlarını Misirdən çıxarır. Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumatda deyilir ki, baş verən hadisələrlə əlaqədar Misirdə müvəqqəti və daimi əsaslarda olan Azərbaycan vətəndaşlarının Vətənə qayıtması üçün Misir Ərəb Respublikasından evakuasiya edilməsinə dair Azərbaycan prezidentinin tapşırığı ilə qərar qəbul edilib.

AzərTAc XİN-ə istinadən bildirir ki, bu məqsədlə Misirə xüsusi təyyarə göndərilməsi planlaşdırılır.

Evakuasiyaya dair tələb olunan məlumatları əldə etmək üçün Misiri tərk etmək istəyən Azərbaycan vətəndaşları Qahirədə yerləşən Azərbaycan səfirliyinin yaratdığı “qaynar xətt” vasitəsi ilə əlaqə saxlamalıdırlar.

“Qaynar xətt”in nömrələri: 00201 69 14 2848 və 00201 08 15 8628.
XS
SM
MD
LG