Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:32

Mir Hossein Mousavinin telefon xətti kəsilib


Polis İran müxalifətinin lideri Mir Hossein Mousavinin bu günə planlaşdırılan mitinqdə iştirakının qarşısını almaq üçün onun telefon xətti kəsib. Bu xəbər Mousavinin internet səhifəsində yayılıb.

Məlumatda deyilir ki, polis Mousavinin evinə gedən yolları da bağlayıb.

Mir Hossein Mousavi və müxalifətin başqa bir lideri Mehdi Karroubi Misir və Tunis xalqı ilə həmrəylik aksiyası keçirmək üçün müraciət etmişdi. İranın Daxili İşlər Nazirliyi müraciəti rədd etmişdi.

Müxalifət mitinqin bu gün keçiriləcəyini bildirir. Mitinq zamanı başa verə biləcək hər hansı hadisəyə görə DİN-in məsuliyyət daşıdığını qeyd edir.
XS
SM
MD
LG