Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:41

İran müxalifətinin liderləri xalqa müraciət edib


İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi ayrı-ayrılıqda xalqa müraciət ediblər.

Müxalifətin Tunis və Misir xalqlarının inqilabına dəstək vermək məqsədilə fevralın 14-də keçirdiyi dinc yürüşün hakimiyyətin zorakılığına məruz qalmasından təəssüfləndiklərini bildiriblər.

Musəvi bildirib ki, “ən böyük iftixarımız İrandakı “yaşıl hərəkat”ın müstəqilliyi və öz gücünü xalqdan almasıdır”.

Kərrubi isə deyib ki, heç bir təhdiddən qorxmur və mübarizəni davam etdirəcək.
Fevralın 14-də müxalifətin Tehranda keçirdiyi mitinqdə azı 1 nəfər ölüb, 1000-dən artıq adam həbs olunub.
XS
SM
MD
LG