Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:56

Ərəb ölkələrinin 17 fevral etirazları


Bəhreyndə tanklar paytaxtın baş meydanında mövqe tuturlar, 17 fevral 2011
Bəhreyndə tanklar paytaxtın baş meydanında mövqe tuturlar, 17 fevral 2011

BƏHREYN


Bəhreyn ordusu paytaxt Manamada bütün önəmli mövqelərə nəzarət elədiyini bildirib. Televiziyayla yayımlanan müraciətdə deyilir ki şəhərdə asayişi bərpa etmək üçün sərbət toplaşmaq qasdağan edilir.

Bir gün əvvəl Manamadakı etirazçılar ordu və polis gücülylə dağıdılmışdı. Xüsusi təyinatlı qüvvələrin mərkəzi meydana - Mirvari Meydanına hücumu zamanı azı 4 etirazçı həlak olub, onlarla adam yaralanıb. Polis etirazçıalra qarşı gözyaşardıcı qaz, rezin güllələr və dəyənəklərdən istifadə edib.

Bununla da Bəhreyndə Tunis və Misirdən sonra başlanan etirazlarda ölənlərin sayı 6-ya çatıb. Fevralın 15-dən küçələrə çıxan etirazçılar geniş siyasi islahatlar tələb edirdi. Amma kralın istefasını istəmirdilər.

Tanklar paytaxtın baş meydanına gedən yolu kəsiblər, 17 fevral 2011
Bəhreyndə əhalinin əksəriyyəti - 70 faizi şiə müsəlmanları olsa da, ölkəyə sünni monarx rəhbərlik edir.

Şiə müxalifət partiyası, “Wefaq”ın sədri Abed al-Jalil Khalil nümayişçilərə hücumu “əsl terror əməli” adlandırıb:

“Bu qarşıdurma və qırğından qaçmaq üçün çox yol vardı. Amma bu qərarı verənin bir məqsədi var - öldürmək”.

“Wefaq” partiyası sünni təhlükəsizlik qüvvələrinin dinc kütləni dağıtmasına etiraz oalraq parlamenti byokot qərarı alıb.

Rəsmi BNA agentliyinə müsahibəsində Daxili İşlər Nazirliyinin sözçüsü General Tarek al-Hassan deyib ki, kütləni meydandan çıxarmaq üçün bütün danışıq imkanları tükənəndə təhlükəsizlik qüvvələri oranı boşaltmağa məcbur olub.

Kral Hamad bin Isa Al Khalifa qətl hadisələrini araşdıracaqlarına, media və internet üzərində dövlət nəzarətini ləğv etmək kimi islahatlara başlayacaqlarına dair vəd verib.

1971-ci ildə Böyük Britaniya himayəsindən çıxandan sonra Bəhreyndə daim
Bəhreyndə hökumət əleyhinə etiraz aksiyası, 15 fevral 2011
sünni və şiələr arasında münasibətlər pis olub. Şiələr sünnilərin onları sıxışdırıb, azaltmaq istədiklərini iddia edirlər.

Mirvari Meydanına Bəhreyn ordusunun hücumundan qabaq ABŞ ölkə hakimiyyətini zorakılıqdan çəkinməyə çağırmışdı. Ağ Evin sözçüsü Jay Carney ABŞ-ın 5-ci Hərbi Dəniz Donanmasının yerləşdiyi ölkədə zorakılıqdan ehtiyat etdiklərini deyirdi:

“Regiondakı bütün ölkələr kimi, Bəhreyn də vətəndaşların universal haqlarına, etiraz etmək, istəklərini çatdırmaqhaqlarına hörmət etməlidir. Hər ik itərəf zorakılqıdan çəkinməlidir. Biz Bəhreyndə və regionda baş verənləri diqətlə izləyirik”.

Avropa Birliyinin Xarici Siyasət rəsmisi Catherine Ashton-da bu gün verdiyi açıqlamada zorakılığı pisləyib, sərbəst toplaşmaq və etiraz bildirmək hüququnun təmin olunmasına çağırıb.

YƏMƏN
Yəməndə etiraz askiyası iştirakçıları hökumət tərəfdarlarını daşa basırlar, 17 fevral 2011
Tunis və Misirdən sonra Bəhreyndən başqa o biri region ölkələrində də avtoritar rejimlərə qarşı etirazlar davam edir. İşsizliyin artması, qiymətlərin yüksəlməsi, korrupsiya və avtoritar idarəetmə bu etirazları lap gücləndirir.

Ötən həftədən etibarən Əlcəzair, Bəhreyn, İran, İordaniya, Liviya və Yəməndə də etirazlar güclənib.

Bu gün – fevralın 17-də Yəməndə təhlükəsizlik qüvvələri hökumət tərəfədarlarıyla birgə istefa istəyən etirazçılara hücum ediblər.

32 ildir ölkəyə rəhbərlik edən president Ali Abdullah Salehin istefasını istəyən onlarla adam yaralanıb. Çərşənbə günü də Ədən şəhərində bir etirazçı öldürülmüşdü.

LİVİYA
Qaddafi tərəfdarlarının paytaxtda mitinqi, 16 fevral 2011
İnternetdəki sosial şəbəkələrdə Liviyanın ictimai fəalları fevralın 17-də "Qəzəb Günü" adlı mitinq keçirməyə çağırıblar. Prezident Muammar Qaddafi-nin yüzərlə tərəfdarı da bu gün paytaxda hökumət əleyhinə etirazçıları gözləyidrilər. Amma hələ ki, etirazçıların gözə dəymədiyini bildirilir.

40 ildən çoxdur ki Qaddafinin rəhbəlik eldəiyi Liviyada ümumiyyətlə kütləvi etirazların olmasına heç kim öyrəşməyib. Amma fevralın 15-də burda, ölkənin ən iri ikinci şəhəri olan Benqazidə yüzlərlə etirazçı və prezident tərəfdarı arasında toqquşma baş verib. 30-dan çox adam yaralanıb. Yaralılar arasında polis əməkdaşları da var.

Fevralın 16-ı gecə saatlarında başqa bir şəhərdə, Əl-Bayda da toqquşmalar olub. Şahidlər azı 4 nəfərin öldürülüdüyünü deyirlər. Qarşıdurmadan əvvəl etirazçıların "İstefa!" şüarları səsləndirdikləri zaman çəkilən videolar az bir vaxtda internetdə yayılıb.
Həbsdən buraxılan islamçıların yaxınları ilə görüşü, 16 fevral 2011
Avropa Birliyi Tripolini sərbəst toplaşmaq və ifadə azadlığını təmin eləməyə çağırıb.

Liviya diktatoru Gaddafi dünən axşam televiziyayla çıxışında etirazlar haqda heç nə deməyib. Amma xəbərdarlıq edib ki, "Amerikanın və Sionistlərin oyuncaqları olan" istənilən inqilabçılar dəf ediləcəklər.

Qaddafinin bu açqılamalarına baxmayaraq, elə həmin gün 100-ə qədər siyasi məhbus, qadağan olunan islamçı qrupların həbsdə olan üzvləri də azad olunublar.
XS
SM
MD
LG