Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:38

Azad Rəhimov qalmaqallı stadionun qiymətini açıqladı


Böyük şor deyilən ərazidə 65 min nəfərlik stadion tikiləcək
Böyük şor deyilən ərazidə 65 min nəfərlik stadion tikiləcək
Bakının Böyük şor adlanan hissəsində tikiləcək stadionun tutumu 65 min nəfərlik olacaq.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov bildirib.

«Böyük şor deyilən ərazidə 65 min nəfərlik stadion tikiləcək. İlk layihə Parisin «Stad de Frans» stadionuna oxşar bir layihə idi. Layihə 300 milyon manat dəyərində idi. Ancaq ən son layihə ondan ucuz olmalıdır. Yenə də biz istərdik ki, onun tutumu 60-65 min nəfərdən az olmasın» – deyə nazir əlavə edib.

A.Rəhimov həmçinin bildirib ki, stadionda lift sisteminin tətbiq olunması və pnevmatik oturacaqların yerləşdirilməsi təklif olunub:

«Belə olarsa, lazım olduqda stadionda qaçış zolağı açılacaq, futbolu izləmək istəyən tamaşaçıların sayı çox olduqda isə, qaçış zolağı hissəsinə oturacaqlar yerləşdirmək mümkün olacaq». /Qafqazinfo/
XS
SM
MD
LG