Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:19

8 şəhərin müxalifətin əlinə keçməsi haqqında xəbərlər var (VİDEO)


Liviyada hökumət əleyhinə etirazlar
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

YouTube video paylaşma şəbəkəsinə naməlum adamın yerləşdirdiyi bu kadrlarda Liviyada ölkə boyu Muammar Qaddafinin istefası tələbilə keçirilən etiraz aksiyaları əks olunur. Benghazi şəhərində və paytaxt Tripolidə keçirilən bu etirazlardan çəkilən videola

HÖKUMƏT ÖZ VƏTƏNDAŞLARINI BOMBALAYIR?

Liviyada hökumətin silahlı müdaxilələrinə baxmayaraq, Muammar Gaddafi və onun hökumətinə qarşı etirazlar bütün ölkə boyu genişlənir.

Etiraz aksiyası iştirakçılarının Benghazi şəhərindən sonra Sirte, Tobruk Misrata, Khoms, Tarhounah, Zenten, Al-Zawiya və Zoura şəhərlərində də nəzarəti əllərinə aldıqları barədə məlumatlar var.

Paytaxt Tripolidə də toqquşmalar kəsilmir. Bəzi şahidlər hökumətin hərbi təyyarələrdən aksiya iştirakçılarının toplaşdıqları ərazilərə zərbələr endirdiyini deyirlər. Şahidlər hətta hökumətin xalqı atəşə tutumaq üçün xarici ölkələrdən gətirdiyi muzdlu əsgərlərdən istifadə etdiyini söyləyirlər.

PİLOTLAR BOMBA ATMAQDAN İMTİNA ETDİKLƏRİNİ DEYİRLƏR

Fevralın 21-də günorta saatlarında Liviyadan iki döyüş təyyarəsi qonşu Maltaya enib. Malta rəsmilərini bildirdiklərinə görə pilotlar Benghazi şəhərində küçələrə çıxan əhalini bombardman etmək əmri aldıqlarını, bundan imtina edərək Maltaya sığındıqlarını deyirlər. Rəsmi məlumata görə pilotlardan biri Maltadan siyasi sığınacaq istəyir.

BAN Kİ-MOON GADDAFİ İLƏ DANIŞIB

BMT-nin Baş katibi Ban Ki-Moon da bu gün səhər Liviya lideri Gaddafi ilə danışıb. Baş katib bildirib ki, telefon danışığında Liviya liderini mitinqçilərə divan tutmağı dərhal dayandırmağa çağırıb.

Liviyanin BMT-dəki nümayəndəliyi də Gaddafinin öz xalqına qarşı qırğın törətdiyini əsas gətirərək aksiya iştirakçılarının tərəfinə keçdiklərini bəyan ediblər.

GADDAFİNİN VENESUELAYA QAÇMASI BARƏDƏ XƏBƏRLƏR YAYILIR

Gaddafinin özünün harda olması da hələ məlum deyil. Britaniyanın Xarici İşlər naziri jurnalistlərə deyib ki, onun Venesuelaya qaçması haqqında xəbərlər var. Amma Liviyanın Xarici İşlər nazirinin müavini bu xəbərləri təkzib edib.

“Reuters” agentliyinin məlumatına görə Liviyanın Xarici İşlər nazirinin müavini Khalid Kayem ölkənin lideri Muammar Gaddafinin qaçması barədə xəbərlərin yalan olduğunu bildirir.

Liviyanın BMT-dəki rəsmisi müxalifətin tərəfinə keçib


Liviyanın BMT-dəki səfirinin müavini Ibrahim al-Dabashi ölkəsində müxalifətin tərəfinə keçdiyini bəyan edib. O, fevralın 21-də New Yorkda jurnalistlərə bildirib ki, Liviya liderinin oğlu dünən xalqa qarşı müharibə elan edəndən sonra səssiz qalmamaq, xalqın istəklərini dünyaya çatdırmaq qərarına gəlib.

Dünən gecə Liviya liderinin oğlu Saif al-Islam xəbərdarlıq edib ki, etiraz askiyaları davam edərsə, ölkədə qanlı vətəndaş müharibəsi başlaya bilər. O, hesab edir ki, 42 ildir hakimiyyət başında olan atasına qarşı başlayan bu üsyan xarici qüvvələrin çevriliş cəhdidir, ona görə də sonuncu güllə qalana qədər vuruşacaqlar.

Avropa Birliyi Liviya hakimiyyətini etiraz askiyası iştirakçılarına qarşı zorakılığı dərhal dayandırmağa çağırır. Birliyin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton fevralın 21-də nazirlərin Brüsseldə keçirdiyi müzakirələrdən sonra mətbuat konfransında deyib ki, Liviyada mitinqçilərə qarşı davam edən repressiyaları pisləyirlər.

LIVIYADA HÖKUMƏT ÖLKƏNIN PAYTAXTINI BOMBARDMAN EDIR?

Liviyanın paytaxtı Tripolidə yaşayan sakinlər al Jazeera telekanalına bildiriblər ki, hərbi təyyarələr şəhəri bombalayırlar. Onun sözlərinə görə olduqca çox sayda adam həlak olub.

Sakinin iddiasına görə təyyarələr əvvəlcə ölən adamların dəfn mərasiminə toplaşan insanları hədəfə alıb.

“Reuters” agentliyinin məlumatına görə şahidlər şəhərdə vertolyotlardan da sakinlərə atəş açılır.

Amma hələlik bu xəbərləri başqa mənbələrlə dəqiqləşdirmək mümkün olmur.

GADDAFİNİN HARDA OLDUĞU MƏLUM DEYİL

Liviya liderinin harda olduğu məlum deyil. Onun ailəsi ilə birlikdə ölkəni tərk etdiyi barədə hələlik təsdiqlənməyən məlumatlar var.

Liviyada özəl “Qurnya” qəzetinin fevralın 21-də verdiyi məlumata görə Liviyanın Ədliyyə naziri Muhammad Abud Al Jeleil istefa verib. Nazir istefasını “etiraz askiyası iştirakçılarına hədsiz zorakılıq edilməsi” ilə izah edib.

Britaniyanın xarici işlər naziri William Hague jurnalistlərə bildirib ki, o, dünən Liviya lideri Gaddafinin oğlu Saif al-İslamla danışıb:

- Britaniya hazırda Liviyada yaranan vəziyyətdən həddən artıq narahatdır. Mən dünən Gaddafinin oğlu Saif al-İslamla danışdım. Etiraz askiyası iştirakçılarına qarşı gücdən istifadə edilməsini pislədim.

Fevralın 21-də Brüsselə toplaşan Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Liviyadakı vətəndaşlarını bu ölkədən çıxarmağı müzakirə edirlər.

FORUM - ƏRƏB ÜSYANLARI: SƏNİN FİKRİN NƏDİR?

LİVİYADA İKİNCİ ŞƏHƏR ETİRAZÇILARIN ƏLİNƏ KEÇİB, PAYTAXTDA TOQQUŞMALAR GEDİR


Bazar günü gecəyə qədər hökumət qoşunları ilə toqquşmaların davam etdiyi Tripolinin küçələrində vəziyyət gərgin olaraq qalır.

Liviya lideri Muammar Gaddafinin oğlu xəbərdarlıq edib ki, etiraz askiyaları davam edərsə, ölkədə qanlı vətəndaş müharibəsi başlaya bilər.

Saif al-Islam Gaddafi hesab edir ki, onun 42 ildir hakimiyyət başında olan atasına qarşı başlayan bu üsyan xarici qüvvələrin çevriliş cəhdidir.

Televiziya ilə çıxışında oğul Qaddafi ölkədə ciddi siyasi islahatlar vədi də verib:

- Sabah biz birinci rejimdən ikinci rejimə keçməklə qan tökülməsinin qarşısını ala bilərik. Sabah biz hamının razllaşdığı yeni Liviya qururuq. Bu baş verməsə, artıq parçalanmaya, çəkişmələrə, liviyalıların bir-biri ilə döyüşünə hazır olmalıyıq. Nefti, qazı bir kənara qoy, biz artıq xaosa daxil olacağıq.

Gaddafinin oğlu həm də xəbərdarlıq edib ki, atası və ordu sonuncu güllə qalana qədər vuruşmağa hazırdır.

Human Rights Watch insan haqları təşkilatının məlumatına görə son günlər baş vermiş toqquşmalarda azı 233 nəfər həlak olub.

Hökumət əleyhinə etiraz askiyaları fevralın 21-də Liviya paytaxtı Tripoliyə də yayılıb. Şahidlərin bildirdiyinə görə paytaxtda etiraz askiyası iştirakçılarına snayperlərdən atəş açılır. Həmçinin Gaddafi tərəfdarları maşınları kütlənin üstünə sürür, adamlara atəş açırlar.

Şahidlər bəzi dövlət binalarının yandırıldığını, çox sayda adamın həlak olduğunu bildirirlər.

Aksiya iştirakçıları bildiriblər ki, bazar günü onlarla adamın həlak olduğu qanlı toqquşmalardan sonra ölkənin ikinci ən böyük şəhəri olan Benghaziyə nəzarəti tam əllərinə alıblar.

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri bu gün Brüsseldə toplaşıb Liviyada vəziyyəti müzakirə edirlər. Bir neçə xarici neft şirkəti, o cümlədən də British Petroleum əməkdaşlarının bir qismini Liviyadan çıxarmağa başladığını elan edib.

***

Bazar günü Qaddafinin oğlu televiziyayla çıxış edərək son nəfərə qədər vuruşacaqlarını bəyan edəndən sonra toqquşmalar Benqhazi şəhərindən Tripoliyə yayılmışdı.

Etirazçılar iki dövlət kanalının binasını tutub və bir neçə hökumət binasını, o cümlədən Parlamentin binasını yandırıblar.

Benghazi şəhərində isə etirazçıalr ordu və polislə toqquşmalardan sonra şəhərə nəzarəti ələ keçiriblər. Ordu isə kazarmalara qayıdıb.

Human Rights Watch təşkialtının verdiyi rəqəmlərə görə, ötən Cümə axşamından bu yana azı 233 nəfər həlak olub.

Gaddafi-nin oğlu Saif al-Islam Gaddafi dünən gecə televiziyayla 40 dəqiqə çıxış edib və etirazçılara xəbərdarlıq edib ki, ölkədə başlayan vətəndaş müharibəsi onları birləşdirən yeganə dəyər olan neft gəlirlərini dağıda bilər.

“Liviya Misir deyil. Burda tayfalar və klanlar var. burda partiyalar və başqa qurumların olduğu cəmiyyətdən söz getmir. Burda partiyalar və klanlar var. hər kəs öz vəzifəsini bilir. Odur ki, vətəndaş müharibəsi başlaya bilər və bu 1936-cı ilin müharibəsinin təkrarı olar. Liviyanın nefti var və bu bütün Liviyaya məxsusdur, və Liviyanı da birləşdirən budur”.

Qaddafinin oğlu geniş islahatlar təklif edib və etirazçılara atəş açmaqla ordu və polisin böyük səhv elədiyini deyib.

Ancaq Saif al-Islam Qaddafi beynəlxalq təşkilatların ölənlərin sayıyla bağlı verdiyi rəqəmləri və atası Qaddafinin ölkədən qaçmasıyla bağlı xəbərləri təkzib edib. Onun sözlərinə görə, Qaddafi Tripolidəki döyüşlərə rəhbərlik edir. Və atası – Muammar Qaddafi inqilabçılara qarşı “son adama qədər, son qadın qalana qədər” vuruşmaq əzmindədir.

Qaddafinin oğlu barmağını kameraya qarşı silkələməklə mühacirətdəki fəallara da xəbərdarlıq edib və onları toqquşmaları təşkil eləməkdə ittiham edib.

Ancaq islahatlarla bağlı vədlər və hədələr etirazçıları sakitləşdirməyib. Əksinə, gələn xəbərlərdə deyilir ki, Qaddafi hakimiyyətinin etirazçılara qarşı silahdan istifadəylə divan tutması etirazçıları lap qəzəbləndirib.

Şahidlərin sözlərinə görə, etirazçılara pulemyotlar və snayperlər atəş açıb. Hətta Benghazidəki bir həkim bildirib ki, etirazçılardan biri qumbaratanla öldürülüb.

Liviyaya beynəlxal medianın girişinə icazə verilmədiyindən nə qədər adamın öldürülməsiylə bal ırəqəmləri dəyişdirmək faktiki olaraq mümkün deyil.

Amma bəzi xəbərlərə görə, ordu da artıq Qaddafini tamamən dəstəkləmir. Hətta bəzi qoşun birləşmələrinin etirazçıların tərəfinə keçdiyi bildirilir.

1969-cu ildə hakimiyyəti ələ keçirən zaman Qaddafini dəstəkləyən tayfa başçllarının da etirazçıalra atəş açılandan sonra inqilabçıların tərəfinə keçidyi bildirilir.

Şərqdəki Al-Zuwayya əyalətinin tayfa başçıları xəbərdarlıq ediblər ki, əgər hökumət etirazçıları sıxışdırmağa davam eləsə neft ixracını dayandıracaqlar.

Ölkədəki ən böyük tayfalardan Al Warfalla-nın başçısı Akram Al-Warfalli Al-Jazeera televiziyasına deyib ki, Qaddafi artıq onların qardaşı deyil və Liviyadan çıxıb-getməlidir.

Ordunun keçədəki cammata atəş açmasına etiraz oalraq bir neçə diplomat, o cümlədən, Liviyanın Çİn və Hindistandakı səfirləri istefa veriblər.

ABŞ Dövlət Departamenti artıq Liviyada etirazçıalra qarşı güc tətbiqindən dərin narahatlıq keçirdiklərini deyiblər. AB Xarici İşlər nazirlərinin bununla bağlı zorakılığı pisləyən bəyanat verməsi gözlənilir. Nazirlər həmçinin, avropa ğlkələrinin vətəndaşlarının evakuasiyasına da başlamamaqla bağlı qərar verəcəklər.

BP artıq bütün əməkdaşlarının evakuasiyanı başlamaqla bağlı qərar verib.

FORUM - ƏRƏB ÜSYANLARI: SƏNİN FİKRİN NƏDİR?
XS
SM
MD
LG