Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:01

Prezidentlər Soçidə bəyanat verdilər


D. Medvedev və İ. Əliyev bir neçə dəfə xizəklə aşağı enib
D. Medvedev və İ. Əliyev bir neçə dəfə xizəklə aşağı enib
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçidə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir ki, prezidentlər ötən il oktyabrın 27-də Həştərxanda qəbul etdikləri üçtərəfli bəyanatın yerinə yetirilmə məsələlərini müzakirə ediblər. Prezidentlər qısa vaxtda hərbi əsirlərin mübadiləsini başa çatdırmaq barədə razılıq əldə ediblər.

Bundan başqa, tərəflər bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək haqda bir daha niyyətlərini bildiriblər. Sənəddə atəşkəs pozuntularının həmsədrlərin himayəsi, bütün tərəflərin iştirakı və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsinin yardımı ilə araşdırılmasının vacibliyi də qeyd olunur.

«Prezidentlər münaqişənin həllində mütəmadi təmasların vacibliyini qeyd edərək, bu formatda danışıqları Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə əlavə olaraq davam etdirməyə razılaşıblar» – deyə bəyanatda bildirilir.

PREZİDENTLƏRİN SOÇİ GÖRÜŞÜ BAŞA ÇATIB

Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş başa çatıb.

Bu barədə Rusiyanın «Ria-Novosti» agentliyi məlumat yayıb. Bildirilir ki, rəsmi danışıqlar daha sonra qeyri-formal şəraitdə davam edib.

Liderlər «Krasnaya Polyana» dağ-xizək kurortunda bir yerdə kafedə çay içiblər.
Daha sonra prezidentlər funikulyorla dağa qalxıblar. D. Medvedev və İ. Əliyev bir neçə dəfə xizəklə aşağı enib. S. Sarkisyan isə qar üstü ilə yeriyən maşında gəzinti ilə kifayətlənib.

Daha sonra dövlət başçıları rəsmi nahar zamanı aktual məsələlərin müzakirəsini davam ediblər.

Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə üçtərəfli formatda təşkil olunan 8-ci görüşdür.
XS
SM
MD
LG