Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:50

Ərəb üsyanlarının Qafqaz əks-sədası mümkündürmü?


Ərəb dünyasındakı son hadisələrlə bağlı AzadlıqRadiosu Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Bülənt Əlirzanın mülahizələrini öyrənir.

Bülent bəy, Tunisdə olaylar başlayanda çoxları bu hadisələrin başqa ölkələrə də yayılacağına inananmırdı. Hadisələrin gözlənilməz inkişafına səbəb nə oldu?

Hələ bilnmir. Çünki ordakı problemlər – işsizlik, iqtisadiyatdakı bərabirsizliklər, gəlirlərin bərabər paylanmaması, sosial təbəqələşmə, çox sayda gənclərin ali təhsili olsa da iş tapa bilməməsi – daha əvvəl də var idi.

Belə ki, Tunisdə bir işsiz gəncin özünü yandırmasından sonra Ben Alinin istefasına səbəb olan hadisələr internet və Al-Jazzera vasitəsilə digər ərəb ölkələrindəki xalqaları da üsynalara sövq etdi. Necə bitəcəyi də hələ bəlli deyil.

Üsyan olan ölkələrin demək olar hamısı xarici qüvvələri ittiham edir. Sizcə, kənar qüvvələrin əli varmı bu üsyanlarda?

Xariclə bağlı ittihamlarlar hələ də davam edir. Amma, əslində, hər liderin öz xalqına baxması lazımdır. Narazılıqların çoxu ölkədə olan özbaşınalıqlar, iqtisadi bərabərsizliklər, adamların istəklərini təmin etmədikləri üçün yaranıb.

Amma, əgər kimsə içəridəki rahatsızlıqların səbəblərin özündə axtarmaq istəmirsə, xarici ittiham etmək ən klassik yoldur.

Yaxşı, bəs bu üsyanlar ərəb dünyasından, Yaxın Şərqdən kənara da sıçraya bilərmi? İrana, post-sovet məkanına və s.

Təkcə Yaxın Şərqdə yox, Yaxın Şərqdən kənarda da bu kimi olayların təkrarlanması gözləniləndir. Məsələn, Çin rəhbərliyində bir qorxu var ki, 1989-cu ildəki Tiananmen hadisələri yenidən təkrarlansın.

Çünki, əvvəl də dediyimiz kimi, internet, facebook, twitter, və televiziya vasitəsilə bir ölkədə yaşananlardan dərhal digər ölkələrdə də xəbər tuturlar. “Onlar edirlərsə, biz niyə etməyək, axı onlarda olan problemlər bizdə də var?” deyə düşünürlər.

Və nə qədər sərt bir üsullara əl atılsa da, bəzi narazılıqların dilə gətirməsinin, hətta insanların meydanlara çıxmasının da qarşısının alınanmasının çətin olduğunu görürük.

Ermənistandakı etirazlar daha öncə də var idi. Orada əvvəllər də adamlar demokratiya tələbi ilə, problemlərə etraz etmək üçün meydanlara çıxmışdı. Azərbaycanda belə etirazlar mövcud idi. Gürcüstanda olmuşdu.

Odur ki, indi baş verən olayların hansısa bir formada Qafqazda da baş verməsi yenə də mümkündür.

Bu hadisələrin inkişafıyla bağlı gözləntiləriniz necədir?

Heç nə bəlli deyil. Baxın, kimsə bu Tunisdə olanların Misirə keçəcəyinə və Mübarəkin o gücünə baxmayaraq vəzifədən gedəcəyini gözləmirdi.

Amma Misirdə nə baş verdi?

1952-ci ildən bəri hakimiyyəti dolayısıyla əlində tutan ordu indi hakimiyyəti yenə də əlinə alıb və demokratiyaya imkan verəcəyini vəd verir. Amma hələ ortada dəqiq bir şey yoxdur. Liviyada olaylar vətəndaş müharibəsinə gedir. Digərlərində də nə olacağı bəlli deyil.

Bilinən bir şey var ki, bir tarixi dönəm yaşayırıq. Amma bu dövrün sonunda nə olacağı, əsl demorkatiyanın gəlib-gəlməyəcəyi bəlli deyil.
XS
SM
MD
LG