Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:02

Yaponiyanı radiasiya örtür


«Fukusima Dayiçi» stansiyası
«Fukusima Dayiçi» stansiyası
Yaponiyanın Baş naziri Naoto Kan deyib ki, zəlzələ və sunamidən zədələnən atom elektrik stansiyasında üçüncü reaktordan da radiasiya yayılır.

Baş nazir keçirdiyi mətbuat konfransında daha çox radiasiya sızması olacağı ilə bağlı xəbərdarlıq edib. O, və «Fukusima Dayiçi» stansiyasından 30 km radiusda yaşayan adamları örtülü yerlərə sığınmağa çağırıb.

BMT-nin Atom Enerjisi üzrə Agentliyi isə martın 14-də bildirib ki, Yaponiya zədələnmiş atom stansiyasının zərərsizləşdirilməsi üçün onlardan yardım xahiş edib. Bu müraciət indi müzakirə edilir.

Yaponiyada martın 11-də baş verən 8.9 bal gücündə zəlzələdən «Fukusima» atom elektrik stansiyasının reaktorlarından birinin soyutma sistemi sıradan çıxmışdı. Sonrakı günlərdə isə üçüncü reaktorda da soyutma sistemi sıradan çıxıb, partlayışda 11 nəfər yaralanıb.

Rəsmi məlumata görə, paytaxt Tokionun 240 kilometrliyində yerləşən bu stansiyanın ətrafında radiasiya artıb, amma insan sağlamlığına zərərli səviyyədə deyil.

Zəlzələ və onun ardınca başlayan sunamidən həlak olanların sayının 10 000 nəfərə çata biləcəyi ehtimal edilir.
XS
SM
MD
LG