Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:04

Gənc fəala 2 il 6 ay həbs (VİDEO)


Cabbar Savalanliya 2,5 il həbs cəzası verildi
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00
Direct-ə keçid

Məhkəmədən əvvəl və sonra baş verənlər

«KİŞİ OL, LAP 5 İL YAT»

Bu, mayın 4-də Sumqayıt şəhər Məhkəməsi tərəfindən məhkum olunan AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlının anası Təravət Əliyevanın dediyidir. Hakim hökmün elanını başa çatdırmamış Təravət Əliyeva məhkəmə salonundaca hökmə etirazını bildirdi.

«BİZ AZADLIQ UĞRUNDA SONA KİMİ DÖYÜŞƏCƏYİK»

Məhkəmə iclası Cabbar Savalanlının vəkili Anar Qasımovun müdafiə çıxışı ilə başladı. Vəkil Anar Qasımov Savalanlının siyasi fəaliyyətə görə həbs olunduğunu dedi. Narkotik vasitə ittihamını «saxta» adlandıran vəkil Savalanlıya bəraət verilməsini xahiş etdi. Cabbar Savalanlı özü də son sözündə narkotik vasitənin üstünə atıldığını deyərək məhkəmədən bəraət istədi. Savalanlı dedi ki, «məni türmələrə atsalar da, onsuz da azadam. Biz azadlıq uğrunda sona kimi döyüşəcəyik».

Hakim İlqar Məmmədov müşavirəyə getdi, təqribən bir saata yaxın çəkən müşavirədən qayıdaraq hökmün elanına başladı. Ancaq başa çatdıra bilmədi. Hökmün Savalanlının 2 il yarım müddətinə həbs cəzasına məhkum olunması hissəsini elan edəndə məhkəmə zalında ara qarışdı. Savalanlının anasından sonra digər qohumları da etiraz səslərini qaldırdılar:

ŞÜAR SƏSLƏNDİRƏN GƏNC FƏALLAR DÖYÜLDÜ



- Axşamdan sifariş etmişdilər, o da gəldi oxudu.

Cabbar Savalanlının məhkəməsini izləməyə gələn təqribən 40-a yaxın gənc fəal məhkəmə salonuna buraxılmamışdı. Onlar hökm elan olunandan sonra məhkəmənin həyətində «Cabbara azadlıq!» şüarları səsləndirdilər. Elə məhkəmənin həyətinə və həyətdən kənara toplaşmış polisləri hərəkətə gətirən də bu oldu. Yeri gəlmişkən, polis işçiləri arasında mülki geyimlilərin çoxluğu diqqəti çəkirdi. Şüar səsləndirən gənc fəalların bəziləri döyülərək polis maşınlarına mindirildilər və ərazi üzrə 3-cü polis bölməsinə aparıldılar.

JURNALİST SAXLANDI, VƏKİL HƏDƏLƏNDİ

Anar Qasımov
Polis bölməsinə aparılanlar arasında AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilov da var idi: «Mən çəkiliş aparırdım. Yaxamdan vəsiqə asılmışdı, mayor rütbəli bir şəxs fotoaparatımı əlimdən almaq istəyirdi. Gözümə-başıma vururdu ki, təki çəkilişə mane olsun».

Yeri gəlmişkən, «yığışdır» deyə qışqıran mülki geyimlilər hadisəni çəkən başqa jurnalistlərə də çəkiliş aparmağa imkan vermirdilər. Hətta kamerası əlindən alınanlar da oldu.

Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini, Cinayət-axtarış şöbəsinin rəisi Azər Cahangirov məhkəmənin həyətində vəkil Anar Qasımovu hədələdi. Dedi ki, «bunları sən təşkil etmisən, sən dövlətçilik əleyhinə işləyirsən, barəndə kompromatlarımız da hazırdır». Anar Qasımov isə rəis müavininə bildirdi ki, hədələri ilə bağlı Vəkillər Kollegiyasına, Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edəcək.

DAXİLDƏ HƏLL OLUNMASA, AVROPA MƏHKƏMƏSİNƏ

Cabbar Savalan məhkəmədə. Foto: @nemnum
Cabbar Savalanlı
barəsində çıxarılan hökmə gəlincə, vəkil AzadlıqRadiosuna dedi ki, hökmdən apellyasiya şikayəti verəcək. Ölkə daxilində Savalanlının bəraətinə nail olunmasa, iş Avropa İnsan Haqları Məhkəməsinə qədər davam edəcək:

«Mirzə Sakitin narkotika işiylə bağlı Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti ilə kommunikasiya başlayıb. Bu kommunikasiyada Azərbaycan hökuməti qarşısında bir sıra suallar qoyulub. Həmin sualların əksəriyyəti Cabbarın işində tərəfimizdən səsləndirilən suallardır. Məsələn, tutulan zaman vəkillə təmin olunubmu, üstünə baxış keçirilərkən vəkil iştirak edibmi və sair. Biz bunu məhkəmənin diqqətinə çatdırdıq və xahiş etdik ki, Azərbaycan hökumətini növbəti dəfə Avropa Məhkəməsinin sualları qarşısında qoymasın».

Cabbar Savalanlı qanunsuz narkotik vasitə əldə edib saxlamaqda ittiham olunurdu. Özü və hüquq müdafiəçiləri isə həbsini siyasi fəaliyyəti ilə bağlayır.
XS
SM
MD
LG