Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:27

Suriya ordusu daha bir şəhərə girməyə hazırlaşır


Türkiyədə Suriya prezidenti Bəşər Əsədə qarşı etirazlar. 29 aprel 2011
Türkiyədə Suriya prezidenti Bəşər Əsədə qarşı etirazlar. 29 aprel 2011
Suriya ordusu üsyan ocaqlarından olan Deraa şəhərini ələ keçirəndən sonra indi də Rastan şəhərnə qoşun yeritməyə hazırlaşır.

"Reuters" agentliyi xəbər verir ki, üsyana qalxmış Rastan şəhəri yaxınlığında onlarla tank cəmləşdirilir.

Ərazidəki çoxsaylı hərbi maşınların hər birində isə 20-dən artıq əsgər var.

Rastan Suriyanın böyük şəhərlərindən olan Homsun 20 kilometrliyində yerləşir. Homsda da üsyançılar hökumətə qarşı kütləvi aksiyalar keçirirlər.

Qoşunlar Rastana tərəf mayın 4-də səhər istiqamət götürüb

Bundan əvvəl Homsda etirazçılarla hakim Baath Partiyasının yerli nümayəndələri arasında görüş keçirilib.

Amma görüş nəticəsiz bitib, çünki Baath rəsmiləri bir neçə yüz şəxsin onlara təslim edilməsini tələb ediblər.

Bunlar ötən cümə günü şəhərdə keçirilmiş kütləvi aksiyalarda fəallıq etmiş şəxslərdir.

Həmin etirazlar zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmalar olmuş, azı 17 nümayişçi öldürülmüşdü.
Banias şəhərində etirazlar, 3 may 2011

Şəhərdəki əhali burada da Deraa şəhərindəki kimi cəza əməliyyatının aparılacağından ehtiyatlanır.

Şəhərə ilk dəfə qoşun yeridilməsindən sonra etirazlar səngiməmişdi

Bir neçə gün əvvəl isə hökumət Deraaya əlavə tank hissələri yeridib və üsyançıların toplaşdığı məhəllələr, məscid atəşə tutulub,

Suriya ordusundakı adının çəkilməsini istəməyən bir mənbə "Los Angeles Times" qəzetinə deyib ki, orduya Deraadakı üsyanı nəyin bahasına olursa olsun, hətta şəhəri yandırmaq bahasına olsa da, yatırtmaq tapşırılıb.

Youtube-da yayılan kadrlarda isə (onların həqiqiliyini təsdiq edə bilmərik) təhlükəszilik qüvvələrinin şəhəri ev-ev gəzdikləri, 15 yaşdan yuxarı cavanları, kişilərii həbs etdikləri iddia edilir.

45 yaşlı prezident Bəşər Əsədin atası, əvvəlki prezident Hafiz Əsəd də 1980-ci illərdə müxalifətə qarşı bu tip sərt əməliyyatlar keçirmiş, islamçı və solçu dünyəvi müxalifət qruplarını darmadağın etmişdi.

Artıq iki aya yaxındır ki, onun istefası tələbilə ölkədə etiraz aksiyaları keçirilir. İnsan haqları fəalları indiyə qədər təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 560 nəfərin həlak olduğunu bildirirlər.

Deraa ilə bağlı Youtube-dan videolar




XS
SM
MD
LG