Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:11

M.Mərdanov: «2013-cü ilin sonuna qədər bütün məktəblər təmir olunacaq»


Misir Mərdanov
Misir Mərdanov
«2013-cü ilin sonuna qədər Azərbaycanda qəzalı və pis vəziyyətdə olan məktəb binaları qalmayacaq».

Bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Misir Mərdanov bildirib.

Nazir deyib ki, bununla bağlı ölkə prezidentinin xüsusi tapşırığı var:

«İki gün öncə prezident Bakı və onun qəsəbələrində olan müəssisələrlə bağlı qərar verib. Yaxın günlərdə isə ölkədə olan təhsil müəssislərinin bərpası, yenidən qurulması və əsaslı təmiri ilə bağlı qərar qəbul olunacağını gözləyirik. 2013-cü ilin sonuna kimi ölkədə pis vəziyyətdə olan təhsil müəssisələri qalmayacaq».

Nazir hazırda belə müəssisələrin sayının çox olduğunu deyib:

«600-dən çox məktəb qəzalı vəziyyətdədir. Belə bağçaların və peşə məktəblərinin sayı isə daha çoxdur».

M. Mərdanov onu da deyib ki, sel basmış rayonlarda məktəblərin tikintisi əsasən bitməkdədir:

«Yeni dərs ilinin başlanmasına qədər bütün bu məsələlər öz həllini tapacaq». /APA/
XS
SM
MD
LG