Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:47

Bəxtiyar Hacıyevin məhkəməsi növbəti dəfə təxirə salınıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Mayın 17-də gənc fəal Bəxtiyar Hacıyevə hökm oxunması növbəti dəfə təxirə salınıb. Gəncənin Nizami Rayon Məhkəməsində iclas baş tutmayıb. Vəkil Elçin Namazov «Media forum» saytına deyib ki, prosesin təxirə salınma səbəbi açıqlanmır: «Prosesin mayın 18-i saat 16-da keçiriləcəyi bildirilir».

Martın 4-də tutulan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə ittiham olunur.

Mayın 10-da keçirilən məhkəmədə dövlət ittihamçısı Bəxtiyar Hacıyevə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası istəyib. Məhkəmə hökmün mayın 11-də oxunacağını bildirsə də, proses təxirə salınmışdı.
XS
SM
MD
LG