Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:38

J.Buzek Bakıda hökuməti müxalifətlə əməkdaşlığa çağırdığını deyir


Avropa Parlamentinin prezidenti Jerzy Buzek
Avropa Parlamentinin prezidenti Jerzy Buzek

AVROPALI QONAQĞIN GÖRDÜYÜ UĞURLAR VƏ İSLAHAT EHTİYACI...

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin prezidenti Jerzy Buzek hesab edir ki, onun təmsil etdiyi qurumla Azərbaycan arasında əməkdaşlıq üçün geniş imkanlar yaranıb və o, ölkənin iqtisadi nailiyyətlərinə sevinir, Azərbaycanı tolerant məkan hesab edir. Jerzy Buzek mayın 20-də Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransında onu da deyib ki, ölkədə islahatlar aparmağa ehtiyac var:

- Görüşdə sizin ölkə rəhbərliyini müxalifətlə əməkdaşlığa çağırdım. Bu əməkdaşlıq özünüifadə, sərbəst toplaşma azadlığı, müstəqil məhkəmə, müstəqil ədliyyə sahələrində olmalıdır.

AZƏRBAYCANAL BELORUS ARASINA BƏRABƏRLİK QOYMADI...

“Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı ölkələrinin Parlament Assambleyasının təsisi zamanı Belarusu dəvət etmədi. Halbuki insan haqlarının pozulmasına, antidemokratik göstəricilərə görə Azərbaycanla Belarus beynəlxalq təşkilatların hesabatlarında eyni göstəriciləri bölüşürlər. Bəzi müşahidəçilər hesab edirlər ki, AB Belarusla bir dildə, Azərbaycanla başqa dildə danışır. Buna münasibətiniz necədir?” AzadlıqRadiosunun bu sualına Jerzy Buzek belə cavab verdi ki, o, iki ölkəni bir tutmaq istəməzdi, hətta hesab edir ki, bu ölkələri müqayisə etmək də mümkün deyil:

- Çünki Belarusda sonuncu prezident seçkisindən sonra o, Parlament Assambleyasında iştirak imkanlarını itirdi. Sonuncu parlament seçkisini də Avropa Birliyi azad seçki saymadı. Əgər desək ki, sizin ölkədə vəziyyət Belarusdan pisdi, düz olmaz, hətta bu iki ölkəni müqayisə etmək mümkün deyil.

Buna baxmayaraq, Azərbaycanda özünüifadə, media, toplaşma azadlığı sahəsində təkmilləşməyə ehtiyac var. Biz bu günkü görüşlərdə rəhbərliyin bunu etməsinə qərarlı olduğunu eşitdik.

“Həbsdə olan jurnalist Eynulla Fətullayevin, gənc fəallar Bəxtiyar Hacıyevin, Cabbar Savalanlıın məsələsini ölkə rəhbərliyi ilə görüşdə müzakirə etdinizmi?” sualının cavabında Jerzy Buzek bildirdi ki, bu kimi həddindən artıq konkret məsələri müzakirə ediblər. O dedi ki, Parlament Assambleyası nəzdində yaradılan iki ölkənin komitəsi arasında da müzakirə olunacaq və mütləq həllini tapacaq.

HƏRƏNİN ÖZ PRİORİTETİ...

Jerzy Buzek qeyd edir ki, Azərbaycana yaxşı əməkdaşlıq təklif edirlər, amma bir şərtlə ki, Avropa Birliyi ilə Azərbaycanın sistemləri arasındakı uyğunluq yüksək səviyyədə olsun. O, əlavə edir ki, demokratiya, insan haqları onlar üçün proritetdir, amma görüşlərdə Bakı ölkənin əsas proritetinin suverenlik, müstəqillik olduğunu bildirib:

- Mən gəlməmişəm ki, sizə diktə edim, təcrübəmi bölüşməyə gəlmişəm. Gözəl bilirəm ki, xalq üçün, ölkə üçün, hökumət üçün uzun sürən demokratiyanın, vətəndaş cəmiyyətinin qurulması daha faydalıdır. O cümlədən, dayanıqlı stabillik və inkişaf üçün demokratiya daha faydalıdır. İndi isə seçim sizindir!

Keçən həftə Avropa Parlamenti insan haqlarının vəziyyətinə görə tənqid edən qətnamə qəbul etmişdi. Bu sənəıdə görə Bakıda həmin qurumun əleyhinə rəsmilər tənqidlər yağdırmışdılar.

Jerzy Buzek bildirir ki, Avropa Birliyi tərəfdaş ölkələrlə bütün narahatedici məsələləri müzakirə edib. Azərbaycan da bir Avropa ölkəsidir. Avropa Birliyi onunla Avropa ölkəsi kimi davranır. Qəbul edilmiş qətnamə də potensial əməkdaşlığın əlamətidir.

Avropa Parlamentinin prezidenti mətbuat konfransında “Azərbaycanı “Evrovision” müsabiqəsindəki qələbəyə görə təbrik edərək bildirdi ki, bu, böyük nailiyyətdir, çünki “Evrovision” Avropanın hər yerində məşhurdur.
XS
SM
MD
LG