Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:31

Gecə saat 3-də evləri sökmək cəhdi


Gecə saat 3-də evləri sökmək cəhdi
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00
Direct-ə keçid
Bakının Səbael rayonu, Nefçilər prospekti 61 ünvanda yaşayan 7 ailə Azərbaycan vətəndaşlığından imtina etmək istəyir.

Səbəb də qarşılıqlı razılaşma olmadan evlərinin özəl şirkət tərəfindən sökülməsidir. Həmin ünvanda yaşayan Sevinc Zeynalovanın AzadlıqRadiosuna dediyinə görə, heç bir sərəncam, sənəd olmadan evlərini sökən şirkət onlara hər kvadrat metrə görə 1500 manat pul təklif edib.

«Bizdən əvvəl evləri o qədər də yaxşı vəziyyətdə olmayan altı qonşu həmin məbləğlə razılaşıb ərazini tərk edib. Amma biz yeddi qonşu istəyirik ki, qarşılıqlı razılaşma ilə evlərimizin hər kvadratmetrinə 3 min manat versinlər. Amma evləri sökən «Azinko» Holdinq bizə deyir ya 1500 manata razı olun, ya da Keşlə qəsəbəsində hazır evlərə köçün» .

«ƏGƏR MƏNİM PREZİDENTİM MƏNİ MƏMUR ÖZBAŞNALIĞINDAN QORUYA BİLMİRSƏ...»

Sevinc Zeynalova deyir ki, onlar bu təkliflə razı deyillər. Və hesab edirlər ki, əgər onlara hazır mənzillər təklif edilirsə yaxşı olar ki, bu indi yaşadıqları əraziyə yaxın yerdə olsun.

Sevinc Zeynalovanın deməsinə görə, buna razı olmadıqları üçün mayın 30-u gecə saat 3 radələrində ağır texnika ilə onların evlərinin sökülməsinə cəhd edilib. Bütün qonşuların etirazlarından, polisin və fövqəladə hallar nazirliyi əməkdaşlarının əraziyə gəlməsindən sonra iş dayanıb.

«Əgər mənim prezidentim məni məmur özbaşnalığından qoruya bilmirsə mən ölkə vətəndaşlığından imtina edəcəm»

Sevinc Zeynalova deyir ki, bu işi özəl şirkət gördüyü halda pulun Dövlət Komitəsi tərəfindən verilməsini heç cür başa düşə bilmirlər.

«Biz başa düşə bilmirik ki, bizim evləri söküb yerində ticarət mərkəzi tikmək istəyən özəl şirkətin pulunu niyə Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri verir?. Burda nə oyun gedir biz bilmirik. Əgər dövlət bu işi görürsə onda vətəndaşını niyə küçəyə atır?».

«BİZ ADAMLARA 1500 MANAT VƏ SUPER TƏMİRLİ MƏNZİL TƏKLİF EDİRİK»

«Azinko» Holdinqin texniki istehsalat şöbəsinin əməkdaşı Rüfət Əhmədovun deməsinə görə isə onlar həmin ərazidə paytaxta girişin genişləndirilməsi ilə bağlı dövlət sifarişini həyata keçirirlər. Bununla bağlı evləri plana düşən sakinlərə hər kvadratmetr üçün 1500 manat pul, ya da Bakının Nərimanov və Yasamal rayonlarında hazır mənzillər təklif edirlər.

«İndi həmin adamların yaşadığı evlərin kvadratından iki dəfə artıq, tam super təmirli mənzillər təklif edilir»

Rüfət Əhmədovun sözlərinə görə, onların sökməyə başladığı evlər isə istifadə müddətini çoxdan başa vuran qəzalı evlərdir. Qaldıkı söküləcək evlərin yerində ticarət mərkəzinin tikiləcəyi ilə bağlı deyilənlərə Rüfət Əhmədov bu məsələdən xəbərsiz olduğunu bildirir.
XS
SM
MD
LG