Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:03

AİDS artıq ölüm hökmü deyil, xroniki xəstəlikdir


Arxiv şəkil
Arxiv şəkil

Ilk dəfə 30 il əvvəl, 1981-ci ildə aşkarlanan AİDS xəstəliyi bu günə kimi 30 milyon can alıb. Ötən ilin sonuna olan məlumata görə, hələ 35 milyon insan da bu xəstəliklə yaşayır.

Amma əvvəlki vaxtla müqayisədə indi AİDS xəstəsi olmaq, HİV virusunua yoluxmaq artıq avtomatik ölümk hökmü mənasına gəlmir.

UNAIDS-in - BMT-nin AİDS-lə mübarizə programının icraçı direktoru Michel Sidibe deyir ki, 1981-ci ildən bu yana çox şey dəyişib:

“AİDS artıq axırı ölümlə bitən xəstəlik olmaqdan çıxıb, xroniki bir xəstəliyə çevrilib. HİV-ə tutulanların sayı önəmli dərəcədə, son 10 ildə 25 faiz azalıb”.

Bu ilin may ayında açıqlanan tibbi hesabata görə, əgər HİV-ə yoluxanın erkən müalicəsinə başlansa, onda başqalarını yoluxdurması ehtimalı önəmli dərəcədə azalar.

Sidibe bu kəşfi dönüm nöqtəsi sayır:

“Əgər yoluxan tez müalicə eləməyə başlansa, o zaman virusun yayılmasının qarşısı 96 faiz alınır”.

Bu kəşfin ardınca Sərhədsiz Həkimlər təşkilatı dünya dövlətlərini HİV-ə yoluxan 9-12 milyon adamı qarşıdakı 4 ildə müalicəsinə başlamağa çağırıb.

Təşkilatdan Doktor Tido von Schoen-Angerer:

"İndi elmi kəşfi yeni infeksiyaların yayılmasının qarşısını alan siyasətə çevirmək üçün real imkan yaranıb”.

UNAIDS-in pronoqzlarına görə əgər ölkələr erkən müalicə programların 6 milyard dollar ayırsalar, 7 milyon adamın AİDS-dən ölməsinin və 12 milyonunun da yenidən yoluxmasının qarşısını almaq olar.

Maliyyə məsələsi BMT-nin AIDS-lə bağlı sammitində əsas müzakirə mövzusu olacaq. Sammitə qədərsə, AİDS-lə mübarizə haqında 11 il əvvəl qəbul edilən 1308 saylı qətnaməyə dəyişiklikləri Təhlükəsizlik Şurası müzakirəyə çıxarıb.

Məlum olub ki, başqa bir məsələ də yetərincə aktualdır - HİV/AİDS dərmanlarnın istehsalı məsələsi. Tibbi nailiyyətlər sayəsində, 2001-ci illə müayisədə bu xəstəliklə illik mübarizə xərcləri 10 000 dollardan 100 dollara qədər düşüb.

Amma bu cür dərmanların istehsalına lisenziyası olan iri Qərb şirkətləri ilə 3-cü dünya ölkələrindəki törəmə dərmanlar – başqa adla dərman buraxanların arasında ciddi mübahisə mövcuddur.

AİDS-lə bağlı başqa bir məqamsa ondan ibarətdir ki, ümumilikdə son 10 ildə bu virusa yoluxanların sayı 25 faiz azalsa da, Şərqi Avropa və Orta Asiyada isə əksinə, artır.

Bu iki regionda HİV daşıyıcılarının sayl 1.5 milyon nəfəri keçib. Onların da yarıdan çoxu narkotik istifadəçiləridir.

Ukraynadan HİV daşıyıcısı və virusa yoluxanlar şəbəkəsinin yerli koordinatoru olan Tatyana Afanasiadi deyir ki, bu artımın bir səbəbi də, insanların ictimai qınaqdan çəkinib müalicəyə yanaşmamasıdır.

Məsələn, Ukraynada daimi dərmanla müalicəyə ehtiyacı olan 50 000 nəfərdən ancaq 6 mini müalicə alır.

Azərbaycanda isə 2010-cu ildə 409 nəfər HİV-ə yoluxub. 1 dekabr 2010-cu il dekabrın 1-ə olan məlumata görə ölkədə 2673 nəfər HİV daşıyıcısı var. Onların yarısından çoxu narkotik istifadəçiləridir.
XS
SM
MD
LG